Şriftin ölçüsü :

Saytın rəngi :

Təşkilatın sədri

Xudadanov Araz Tofiq oğlu
20 mart 1977-ci ildə Naxçıvan Muxtar Respublikası Babək rayonu Yarımca kəndində anadan olmuşdur. 1998-cü ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini, 2005-ci ildə isə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dövlət və bələdiyyə idarəetməsi fakültəsini bitirmişdir.
1998-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. 1999-cu ildə partiyanın I qurultayında YAP Mərkəzi Nəzarət Təftiş Komissiyasının üzvü seçilmişdir.
Əmək fəaliyyətinə 1999-cu il 1 iyul tarixindən Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatında təşkilat şöbəsinin məsləhətçisi kimi başlamış, hal-hazırda Yeni Azərbaycan Partiyasının Sabunçu rayon təşkilatının sədri vəzifəsində çalışır.
23 dekabr 2014-cü ildə Nərimanov bələdiyyəsinin üzvü, komissiya sədri, 23 dekabr 2019-cu ildə isə Nəsimi bələdiyyəsinin üzvü seçilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 18 noyabr 2017-ci il tarixli sərəncamı ilə “Tərəqqi‘‘ medalı ilə təltif olunmuşdur.
Ailəlidir, 3 övladı var.
Keçidlər