Şriftin ölçüsü :

Saytın rəngi :

Bakıxanov qəsəbəsi

 
Sabunçu Rayon İcra Hakimiyyəti başçısının
Bakıxanov qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi
 İcra Hakimiyyəti Başçısının nümayəndəsi
 
428-30-43
 Nümayəndənin müavini
Budaqov Rahim Vasif oğlu
428-30-43
 Məsləhətçi Tikinti üzrə mühəndis
Cəfərov Ariz Qarakişi oğlu
428-30-43
 Baş məsləhətçi mühasib
Şıxalizadə Aynaxanım Aydın qızı
428-30-43
 
Bakıxanov qəsəbəsi— Bakının Sabunçu rayonunun mərkəzi qəsəbəsidir.
 1936-cı ildə qəsəbə statusu almış və Stepan Razin qəsəbəsi adlandırılmışdır. Bakıxanov qəsəbəsinin ən qədim yerli adının mənasının araşdırmasında AMEA-nın Coğrafiya İnstitutunun toponimika üzrə mütəxəssisi c.ü.f.d. Mahirə Abbasova xanımın tədqiqinə görə yaşlı sakinlərdən topladığı məlumata əsasən 100 il bundan əvvəl Kühüldağı adlandırılmışdır. Kühüldağı mağara deməkdir. Tarixi məlumatlara görə, Rusiyada talançı dəstə başçısı Stepan Razin hələ 1667-ci ildə Xəzər dənizi vasitəsilə Abşerona gəlmiş, burada dağdakı mağarada düşərgə salaraq soyğunçuluq və amansızqarət məqsədilə ətraf kəndlərə basqınlar etmişdi. Sovet hakimiyyəti illərində burada salınmış yaşayış məntəqəsi Stepan Razinin adı ilə adlandırılmışdı. 
 1992-ci ildən bəriisə Abbasqulu Ağa Bakıxanovun şərəfinə Bakıxanov qəsəbəsi  adlanır. Qəsəbə Bakı dəmir yolu stansiyasından 10 km məsafədə yerləşir. Ərazisi 12 km²-dir.       
Bura Bakının ən yaşıl qəsəbələrindən biridir. Bu gün burada geniş abadlıq-quruculuq işlərini müşahidə etmək olar. Burada bir çox bağça, bir neçə park vardır. Qəsəbənin mərkəzi hissəsiylə uzanan xiyaban var.
Bakıxanov qəsəbəsində Sabunçu Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası,Rayon Prokurorluğu,Rayon Məhkəməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi,Dövlət Təhlükəsizlik Xidməti, Rayon Polis İdarəsi, Mühafizə idarəsi, 10 saylı Xəzinədarlıq İdarəsi, Statistika İdarəsi,  “Asan Xidmət”, Sabunçu Rayon Qeydiyyat şöbəsi, Dövlət Sosial Müdafiə Fondu,Məşğulluq Mərkəzi, Gənclər Evi,26 saylı Sabunçu 1-ci Seçki Dairəsi, 13-cü Polis bölməsi, Layihə Smeta Bürosu, Sabunçu Rayon Telefon Qovşağı, “Azərişıq”, Azərsu”, “Azəriqaz” ASC Sabunçu rayon şöbələrinin inzibati binaları yerləşir.
 
Coğrafiyası:
Bakıxanov qəsəbəsi Baki şəhərinin inzibati idarə dairəsinə daxil olan 5 şəhər tipli qəsəbəsindən biridir. Qəsəbə Abşeron yarımadasının cənub-qərbində dəniz səviyyəsindən 50 m-lik hündürlükdədir. Qəsəbə Bülbülə gölünün qərb sahilində Bakı şəhəri mərkəzindən 16.67 km məsafədə yerləşir. Bakıxanov qəsəbəsinin sahəsi 9,2 km2-dir. Qəsəbə 40", 51' şimal enliyi və 49", 62' şərq uzunluğunda yerləşir. Sabunçu rayonuna daxil 10 qəsəbədən biridir. Qəsəbə ətrafında Nizami rayonu, Əmircan və Bülbülə qəsəbələri yerləşir.
 
İqlimi:
Qəsəbə Abşeron yarımadası daxilində yüksək orta illik temperatur və az yağıntıya malik ərazidir. Burada havanın orta illik temperaturu 14,4 dərəcə təşkil edir. İqlimi əsasən Aralıq dənizi tipli quru və subtropikdir. Ən isti vaxtlarda – iyul və avqust aylarında gündəlik orta temperatur 26 dərəcə təşkil edir. Qışı mülayim keçir, belə ki, yanvar ayında orta temperatur 3-5 dərəcə olur. Burada güclü şimal küləyi əsir ki, orta illik sürəti isə 6,5 m/s-dir. Torpağı qumlu və şorandır.
 
Əhalisi:
Qəsəbə ərazisində 01.01.2018-ci il tarixədək qeydiyyatda olan əhalinin sayı 76.000 nəfər, ümümilikdə isə əhalinin sayı 95.000 nəfərə yaxındır. Qəsəbə ərazisində 8892 nəfər, 2004 ailə məcburi köçkün yaşayır.  
Etnik tərkibi əsasən azərbaycanlılar olsada digər xalqların nümayəndələri də yaşayır. O cümlədən:
• Azərbaycanlı 92.26%,
• rus 4.53%,
• tatarlar 1,18%,
• ləzgi 1.08% ,
• ukraynalı 0.52%,
• yəhudi 0.13%
• vədigərləri 0.31% təşkiledir.
 
Təhsil müəssisələri:                                                     
9 tam orta məktəb: 74,80,94,96,107,169 ,271,309,310  
3 məktəb-lisey : 72,252,213,  Respublika Olimpiya İdman Liseyi
2 orta-ixtisas kolleci:  Bakı Dövlət Sosial- İqtisad  və Bakı Dövlət Neft- Energetika kolleci
2 peşə liseyi : 1 və 12 saylı  
Texniki sürücülük məktəbi
18 körpələr evi-uşaq bağçası:  105,167,169,191,192,195,198, 254,284,287, “Araz”, “Sünbül”, “Sweet House”, “ Süsən”, “ Lalə”, “Cırtdan”, “Buta”, “Şəhrizad 
 
Səhiyyə müəssisələri:    
2 saylı Doğum evi , 4 saylı Vərəm Əleyhinə Dispanser, 5 saylı Uşaq Yolxucu Xəstəxanası,11 saylı Şəhər Poliklinikası, 3 saylı Uşaq Stomotoloji Poliklinika, 22 saylı Uşaq Poliklinikası, 13 saylı Təcili Tibbi Yardım stansiyası, Tibb Sosial Ekspert komissiyası, "Stimul "Hospital, "Medi Grand "Tibb  Mərkəzi, “ Vita –Med” Tibb Mərkəzi,  Adil "Müainə-Müalicə Tibb Mərkəzi, "İnsan Diaqnostika" Müalicə Mərkəzi, Nurlu Müainə-Müalicə  Tibb Mərkəzi
 
Mədəniyyəti:
 “8mart” və “Şəhriyar” adına uşaq kitabxanası, 4 saylı musiqi məktəbi fəaliyyət göstərir.
 
Müəssisələri:
KİA Motors ” MMC-avtomobillərin satışı mərkəzi. 
“Koroğlu” MMC-yerli və xarici qənnadı məmulatlarının distribütoru, Dünya ölkələrinin bir çox nüfuzlu şirkətləri ilə Koroğlu" MMC "Şirin", "Konti", "Akkond", "AVK", "Slavyanka", "Sladko", “Konfeşn”, “Şimşək” kimi istehsalçı məhsullarının satışını təşkil edir. “ Sərham” MMC- Bakıxanov çörək zavodu
 
Ticarət Mərkəzləri:
“ Aygün” Mall, Bakıxanov Ticarət Mərkəzi, Mega City, “Park Plyus”, Sərham supermarket  və s. fəaliyyət göstərir.                                               
 
Məscidləri:
İmam Rza Məscidi - 1997-ci ildə əhali tərəfindən tikilmiş, həyəti abadlaşdırılmış, gül-çiçək əkilmiş,yaşıllıqlar salınmışdır. Məscidin sahəsi 500 kv.m təşkil edir və eyni vaxtda 500 nəfərə yaxın vətəndaş  ibadət edə bilər.

 

Keçidlər