Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu qəsəbəsi

Sabunçu Rayon İcra Hakimiyyəti başçısının
Sabunçu qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi
 İcra Hakimiyyəti Başçısının nümayəndəsi
Hüseynov Vüsal Hüseyn oğlu
450-01-80
 Nümayəndənin müavini
Ağazadə Ramin Rasim oğlu
450-14-04
 Məsləhətçi Tikinti üzrə mühəndis
Əmrahov Arif Həbulla oğlu
450-14-04
Baş məsləhətçi mühasib  
Əliyev Əbülfəz Ələkbər oğlu
450-14-04
 
Sabunçu qəsəbəsi-Bakının Sabunçu rayonu  ərazisində yerləşən qədim qəsəbələrdən olmaqla şəhər tipli qəsəbədir. Ərazisi  25 km2 - dir. Sabunçu qəsəbəsinin  yaranması 1790-1800-cü illərə təsadüf edir ki, o vaxtlar orada yaşayan əhalinin əksəriyyəti əkinçilik, bağçılıq, qoyunçuluqla  məşğul olardılar. Sonradan 1825-ci illərdə Balaxanı, Sabunçu, Ramana kəndlərində neft istehsalına əl əməyilə başlanmasına baxmayaraq, əhalinin bir hissəsi kənd həyatından  hələ də əl çəkməmişdilər. Neftdən yanacaq məhsulu kimi  istifadə olunması, neft məhsullarına  təlabatın  çoxalmasına səbəb olurdu. Bu da neft quyularının əllə qazılmasının  artmasına gətirib çıxarırdı.
Ona görə də, Rusiya, Almaniya, Amerika və İngiltərə mütəxəssisləri Bakıya gələrək neft istehsalında texniki  təkmilləşdirmələr həyata keçirirdilər. 1825-ci illərdə Bakıya    gələn  Roççel və Nobel qardaşları Sabunçu kəndində neft yataqlarını istismar edərək, çoxlu gəlir əldə etmiş, neft mədənlərinə yaxın olmaq üçün  Sabunçu qəsəbəsində bir çox  yaşayış binaları da  tikdirmişdilər. 1885-ci ildə almaniyalı mütəxəssis Adolf Zorge Bakının Sabunçu qəsəbəsinə gələrək burada evlənir,  neft sənayesində calışaraq, Sabunçu qəsəbəsində  ikimərtəbəli evdə yaşamağa başlayır. Onun oğlu -  böyük kəşfiyyatcı, Sovet İttifaqı Qəhrəmanı Ruxard Zorge  də məhz, Sabunçu qəsəbəsində anadan olmuşdur. Zorgelər ailəsinin yaşadığı ev hələ də Sabunçu qəsəbəsində ev muzeyi  kimi saxlanılmaqdadır.
1873- cü illərdən etibarən qazma işində əl əməyini buxar mühərrikləri əvəz etməyə başladı. Bu da neft sənayesi tarixində mühüm hadisə olaraq, neft sənayesinin artması, fabrik və zavodların istehsal mərhələsinin başlanmasına zərurət yaradırdı. Neft  istehsalının əsas rayonu Sabunçu və Bibiheybət, sonralar isə həmdə Suraxanı idi. 1901-ci illərdə  Bakıda hasil olan neftin 35%-ni məhz Sabunçu verirdi. Bu səbəbdən də iş yerlərinin çoxalması ilə əlaqədar, əhalinin Sabunçu kəndinə axınını  artırmış, oranı qəsəbəyə çevirmişdir. Əhalinin  artımı ilə əlaqədar, yaşayış  evlərinin, məktəblərin, poliklinikanın, zavodların, xəstəxana və məsçidlərin tikintisinə başlanmışdır.  Sabunçu qəsəbəsi ərazisində ilk poliklinika 1898-ci ildə tikilmişdir.
Neft  sənayesindən  iqtisadi gəlir götürmək cəhdləri artdıqca, nəqliyyat yollarını yaxşılaşdırmaq  vəzifəsi də irəli sürülürdü. 1878-ci ildə Zaqafqaziya dəmir yolunun  “Neft Hissəsi” adı ilə məlum olan hissəsinin tikilməsi layihəsi  təsdiq olundu. Bu hissə 1880-cı ilin yanvar ayının 20-də istismara verilərək, Bakının Sabunçu qəsəbəsi ilə birləşdirildi. Əvvəllər bu yolla ancaq neft daşınması nəzərdə tutulurdu. Sonradan  bu yol daha da genişləndirilərək  sərnişin daşınmasına da başladı. 1890-cı illərin ortalarında  Bakıdan Sabunçuya hər gün 6 sərnişin qatarı yola  salınmasına baxmayaraq, bu qatarlar neft mədən fəhlələrinin daşınmasının öhdəsindən çətinliklə gəlirdi.
Bakıdan Sabunçu qəsəbəsinə çəkilən ilk dəmir yolu  26 km uzunluğunda olmaqla cəmi bir il yarıma çəkilmişdir. Bu da qəsəbə ərazisində inzibati və ictimai binaların artımına səbəb olmuşdur. Onlardan biri də  “Balaxanıneft”  qaz çıxarma idarəsinin binasıdır ki, hal-hazırda Sabunçu qəsəbəsi ilə bərabər   Sabunçu  rayonu ərazisində istehsal edilən xam neft və qaz məhsullarına nəzarət edir.
Sabunçu qəsəbəsi Sabunçu  rayonunun mərkəzi olmaqla, orada hal-hazırda 68000 nəfər tutumu olan Bakı Olimpiya Stadionu və İ.Qaibov adına Stadion, 1 kollec, 2 texniki peşə liseyi, 7 məktəb, 7 uşaq bağçası, 2 kitabxana, 2 poliklinika, 2 xəstəxana, 2 özəl tibb mərkəzi, Təcili Tibbi Yardım Stansiyası, Gigiyena və  Epidemiologiya Mərkəzi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış Dövlət Xidmətinin Sabunçu rayon idarəsi, 2 zavod (“Bakı Fəhləsi” zavodu və Sabunçu Elmi İstehsalat Birliyi) və müxtəlif təşkilatlar fəaliyyət göstərir. Qəsəbə ərazisindəki 67 və 155 nömrəli tam orta məktəblər Böyük Vətən Müharibəsi dövründə hospital kimi fəaliyyət göstərmişdir.
Bundan əlavə 1941-1945-ci illərdə Böyük Vətən müharibəsi zamanı həlak olmuş  həmvətənlərimizin qardaşlıq qəbiristanlığı  abidəsi də məhz Sabunçu qəsəbəsi  ərazisində ucaldılmışdır.                        
 
Ərazisi: 25 kv.km-dir.
 
Əhalisi: 01.01.2018-ci il tarixinə olan rəsmi məlumata əsasən qeydiyyatda olan əhalinin sayı-32400 nəfər 
Əhalinin faktiki olaraq yaşayanların sayı-41250 nəfərdir.
 
Məcburi köçkünlər: 1871 ailədən ibarət 8118 nəfər
 
Milli tərkibi: azərbaycanlı, rus,tatar, ləzgi
 
Şəhid ailəsi: 41 nəfər
 
Qarabağ müharibəsi əlilləri: 34 nəfər
 
Tarixi abidələri:
-Cümə məscidi – XIX əsr
-Həşim hamamı – XIX əsr
- 1941-1945- “Qardaşlıq məzarı”
 
Təhsil müəssisələri:
-Bakı Sənaye Pedaqoji Kolleci
-10 saylı Bakı peşə liseyi
-17 saylı peşə liseyi
-67 saylı tam orta məktəb
-68 saylı tam orta məktəb
-148 saylı tam orta məktəb
-155 saylı tam orta məktəb
-170 saylı tam orta məktəb
-215 saylı tam orta məktəb
-311 saylı tam orta məktəb
-3 saylı uşaq bağçası
-7 saylı körpələr evi və uşaq bağçası
-79 saylı uşaq bağçası
-86 saylı körpələr evi və  uşaq bağçası
-187 saylı uşaq bağçası
-247 saylı uşaq bağçası
-310 saylı uşaq bağçası
 
Səhiyyə müəssisələri:
-12 saylı poliklinika
-3 saylı şəhər klinik xəstəxanası
-Həkimləri Təkmilləşdirmə İnstitutunun Cərrahiyyə Klinikası
-12 saylı Təcili Tibbi Yardım Stansiyası
-Gigiyena və Epidemiologiya Mərkəzi
 
Özəl Səhiyyə müəssisələri:
- “Atlas” tibb mərkəzi
-“Medicare” tibb klinikası
 
Mədəniyyəti:
-M.Dilbazi adına uşaq kitabxanası
-Sabunçu Kütləvi kitabxana
Keçidlər