Şriftin ölçüsü :

Saytın rəngi :

Bilgəh qəsəbəsi

Rayon İcra Hakimiyyəti başçısının
Bilgəh qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi
İcra Hakimiyyəti Başçısının nümayəndəsi
Əsədov Vüqar Həsən oğlu
455-77-12
 Nümayəndənin müavini
Cənnətov Murad Cənnət oğlu
455-67-77
Baş məsləhətçi mühasib
Həsənov Arif Həsənxan oğlu
455-67-77
 
Bilgəh qəsəbəsi – 1937-ci ildən Bakının Sabunçu rayonunda şəhər tipli qəsəbə.
Rayonun Nardaran, Maştağa və Kürdəxanı qəsəbələri, Xəzər rayonu ilə sərhəddə yerləşməklə ərazisinin böyük hissəsi Xəzər dənizi sahili təşkil edir. Ərazisi 21 kv.km-dir. Görkəmli tarixçi Sara Aşurbəylinin əsərlərində göstərilir ki, XVIII əsrin əvvəllərində Bilgəhdə yaşamış Bilgəh adlı türk tayfanın adı ilə qəsəbəyə Bilgəh adı verilmişdir. Tarixi Mənbələrə əsasən XIII-XIV əsrlərdə Bilgəhdə Şirvanşahların hərbi keşikçiləri olmuş, qəsəbə liman kimi şöhrət qazanmışdır.
 
Tarixi:
Bilgəh vaxtilə Bakinın qədim kəndlərindən biri olub. Bilgəh sözünün mənası "Piləgah" sözü ilə bağlanır, mənası "ipək hazırlanan yer, ipək yeri" anlamına gəlir. Görünür, vaxtilə burada çox əski zamanlarda barama becərirmişlər.
 
Coğrafiyası və iqlimi:
  Bakının şimal-şərqində, Abşeron yarımadasının şimalında, Xəzər dənizinin sahilində yerləşən Bilgəh kəndi Maştağa, Nardaran, Kürdəxanı kəndləri ilə əhatə olunub. Əhalisinin sayı təqribən 11 mindən çoxdur. Tarixi abidələrlə zəngin olan Bilgəhdə vaxtilə xalçaçılıq, ipəkçilik, toxuculuq inkişaf etmişdir. Əncir, üzüm, nar və püstə bağları həmçinin geniş zəfəran plantasiyaları ilə zəngin olmuşdur. Bilgəh tarixən həm də liman şəhəri kimi fəaliyyət göstərmişdir. Bilgəh həm də sağlam iqliminə, saf ab-havasına, təbiətinə görə fərqlənir. Vaxtilə SSRİdə şöhrət tapmış, Bilgəhdə Xəzərin sahilinə yaxın "Şirin su" deyilən yerdə bu gün də fəaliyyətini davam etdirən şəfa ocağının - Bilgəh Kardioloji Sanatoriyasının bünövrəsi 1936-cı ildə qoyulmuş və müharibədən sonra 1950-ci ildə istifadəyə verilmişdir. Çağdaş zəmanəmizdə də burada hər il minlərlə vətəndaşımız müalicə olunur.
 
Əhalisi:
 01.01.2018-ci il tarixinə olan rəsmi məlumata əsasən qeydiyyatda olan əhalinin sayı 8.600 nəfərdir.
Keçidlər