Şriftin ölçüsü :

Saytın rəngi :

Ramana qəsəbəsi

Sabunçu Rayon İcra Hakimiyyəti başçısının
Ramana qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi
 İcra Hakimiyyəti Başçısının nümayəndəsi
Osmanov Arif Məlik oğlu
451-24-40
 Nümayəndənin müavini
Fərzəliyev Elvin Həsən oğlu
451-30-04
 Baş məsləhətçi mühasib
Müslümova Könül Elman qızı
451-30-04
Aparıcı mütəxəssis
Ağazadə İradə Bəhram qızı
451-30-04
 
Ramana qəsəbəsi (nadir hallarda Romanı, Romana) — Bakı şəhərinin Sabunçu inzibati rayonu ərazisində qəsəbə.Ərazisi 28 kv.km-dir. Ramana sözünün mənası “ram-ram” etmək, uzaqdan görünən “cəlb edən” mənasında işlənilir. Belə ki, Ramana kəndinin yerləşdiyi ərazi şərqdən, qərbdən və şimaldan qalxan Xəzər terrasını əmələgətirən təpəli yaylada yerləşir.
 
Tarixi:
Ramana Abşeron zonasının ənənəvi kəndlərindən olub Qala kəndi ilə yanaşı regiondakı ən qədim yaşayış məskənlərindən biridir. Tədqiqatçı Sara Aşurbəylinin fikrincə onun əsası eramızın təqribən 84-96-cı illəri arasında Roma İmperiyasının XII legionunun əsgərləri tərəfindən qoyulub.
 
Neftlə zəngin torpaq:
Ramana neft mədənləri arasında yerləşir və tarixən Azərbaycanda neft sənayesinin mərkəzlərindən olub. Ramananın hal-hazırki dövrümüzə qədər gəlib çatmış ən qədim tikililərinə 1323-cü ilə aid məscid və XII-XIV əsrdə inşa edilmiş dördkünc və donjonlu Ramana qalası aiddir.
Ramanaya aparan yolun hər iki tərəfində neft buruqları olan sahələr Azərbaycanda neft bumu dövrünün şahidləridir. Bu gün də kənd özündə xarici və yerli burjuaziyanın izlərini yaşadır. Məsələn, XIX əsrin ikinci yarısında Bakıya ilk kapital qoyan əcnəbilər Nobel qardaşları və fransız sahibkarı Rotşildin fəhlələr üçün tikdirdiyi evlər hələ də qalmaqdadır. Hazırda kənddə nobellərə məxsus evlərdən uşaq bağçası və yaşayış binası, Rotşildə aid olanlardan isə yaşayış evləri kimi istifadə olunmaqdadır. Amma maraqlı burasıdır ki, həmin tikililər bu gün də onların adı ilə tanınır. Məsələn, Nobelin evlərinə kənd əhalisi aparında «nobelski» deyilir.
Məşhur Azərbaycan milyonçusu Şəmsi Əsədullayev də Ramananın neftlə zəngin torpağına kapital qoyan yerli burjuaziyanın ilk nümayəndələrindəndir. Məsələn, kənd camaatı arasında «Əsədullayevin evləri», «Əsədullayevin uşaqlarının evi» adlanan milyonçuya aid fəhlə yataqxanaları Ramana qalasının arxasında yerləşir.
 
Əhalisi:
01.01.2018-ci il tarixinə olan rəsmi məlumata əsasən qeydiyyatda olan əhalinin sayı 12.800 nəfərdir.
Keçidlər