Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəxanı qəsəbəsi

Rayon İcra Hakimiyyəti başçısının
Kürdəxanı qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi
 İcra Hakimiyyəti Başçısının nümayəndəsi
Orucov Ruhin Eyvaz oğlu
551-80-48 
Nümayəndənin müavini  
Tağıyev İxtiyar Altay oğlu
551-80-48 
 Baş məsləhətçi mühasib
Mirzəyeva Məlahət Məhərrəm qızı
551-80-48 
 
   Kürdəxanı qəsəbəsi — Bakının Sabunçu rayonunun tabeliyində olanq əsəbə.Ərazisi 27.3 kv.km-dir. Qəsəbə rayonun Pirşağı, Zabrat, Maştağa qəsəbələri və Abşeron rayonu ilə sərhəddə yerləşir. Kürdəxanı adı fars dilində “Kord-kord” sözündən götürülməklə bıçaq düzəldən yer deməkdir. Keçmişdə Kürdəxanıdan Qubaya gələn karvan yolu Sobran (bıçaqlı yolu) Kürdəxanı kəndini məhşurlaşdırmışdır. Kənd əhalisinin əsas məşğuliyyəti əkinçilik, bağçılıq və heyvandarlıqdır.
 
Tarixi:
 
   Kürdəxanıda yaşayışın iki min ildən bəri mövcud olduğu ehtimal edilir. Bunu yer üstü aşkarlanan məişət səciyyəli müxtəlif gil-saxsı qab nümunələri, mis, tunc, dəmir materiallarından istehsal olunan təsərrüfat alətləri, aşınmaya məruz qalmasına baxmayaraq bu və ya digər dərəcədə formasını qoruyub saxlayan soyuq silah nümunələri, habelə orta əsrlər dövrünü əhatə edən və köhnə qəbiristanlıqdan tapılan, düzəldilmə tarixi 900 il əvvələ gedib çıxan qəbirüstü sinədaşı, inşaat dövrü XV əsrin 40-cı illərinə təsadüf olunan xanəgah – zaviyə, təqribən bu zamanda tikilən məscid binası, bəzi ehtimallara görə XVII əsrin yadigarı olan hamam və sair də təsdiq etməkdədir.
"Kürdəxanı" sözünün bir neçə izah variantı da mövcuddur. Bir ehtimala görə coğrafi məfhum "kord//korda//kordə" sözündən və "xanı" topomorfantından yaranmışdır və bıçaq düzəldilən yer mənası verir. İkinci gümana görə, guya vaxtilə yaşayış məskənini üç tərəfi su olubmuş və cəzirə, yarımada şəklində imiş. Məhz coğrafi məkana görə bu yer "Kürdəxanı" adlanmışdır.
 
Coğrafiyası və iqlimi:
 
   Kürdəxanı inzibati cəhətdən Sabunçu rayonuna daxildir. Bakının şimal hissəsində yerləşir. Ərazisi 27.3 kv.km-dir. Pirşağı, Maştağa, Nardaran, Bilgəh, Məhəmmədi, Zabrat, Savxoz kəndləri ilə sərhəddir. İqlimi isti-mülayimdir. Hava kütlələri xəzri (şimal) və gilavar (cənub) tərəfdən gəlir. Kənd dənizin sahilində olduqdan, əsasən ən çox soyuq hava kütlələri burada fəaliyyət göstərir. Normal temperatur 10-20 dərəcədir. Bakının , Abşeron yarım adasının ən böyük yüksəkliyi məhz Kürdəxanıda yerləşir. Kürdəxanıda palçıq vulkanları mövcuddur.
Təbiətinə görədə Kürdəxanı digər yerlərdən seçilir. Kürdəxanı ətrafında tülkü, canavar, çaqqal, ayı, bayquş və s. Heyvan və quş növlərinə rast gəlinir.
 
Əhalisi:
  •  1813 - 86 nəfər
  •  1859-1864-cü illər - 856 nəfər
  •  1870 - 888 nəfər
  •  1959 - 1622 nəfər
  •  1970 - 2574 nəfər
  •  1979 - 3223 nəfər
  •  1989 - 3846 nəfər
  •  2016 - 6500 nəfər
  •  2017 – (qeydiyyatda 6593, qeydiyyatsız 3670) 10200
  •  01.01.2018-ci il tarixinə olan rəsmi məlumata əsasən qeydiyyatda olan əhalinin sayı 6.600 nəfərdir.
 
İqtisadiyyatı:
  • Kənd təsərrüfatı sahəsində Kürdəxanı çox inkişaf etmişdir. Burada kök, taxıl, çovdar, üzüm, tut, əncir, əzgil, zeytun, nar yetişdirilir. Əhali qoyunçuluqla, maldarlıqla, əkinçiliklə məşğul olur. Qəsəbənin qərb hissəsində Bakının ən böyük fermalarından biri vardır.
  • “ACCOPEN”  Plastik qapı pəncərə profil istehsalı.
 

 

Keçidlər