Şriftin ölçüsü :

Saytın rəngi :

Əliyev Abbas Salam oğlu

Soyadı, adı, atasının adı:  Əliyev Abbas Salam oğlu

Təvəllüdü:  09.01.1988

Ailə vəziyyəti:  Ailəli

Şəhid olduğu yer: Xocavənd-Şuşa istiqamətində

Dəfn yeri:  Ramana qəsəbəsi, “Şəhidlər Xiyabanı”

Təltifi: “Vətən uğrunda” medalı, “Xocavəndin azad olunmasına görə” medalı

   

9 yanvar 1988-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1994-cu ildə Sabunçu rayon Yeni Ramana qəsəbəsindəki 90 saylı tam orta məktəbdə 1-ci sinifə getmiş və orta təhsilini burda başa vurmuşdur. 27 sentyabr 2020-ci il başlayan Vətən müharibəsində könüllü qatılaraq döyüşmək üçün müraciət etmişdir. 9 oktyabr 2020-ci ildə çağırışla müharibəyə yollanmışdır. Ağcabədi hərbi hissədə təlim keçdikdən sonra Qubadlı, Füzuli istiqamətində gedən döyüşlərdə qatılmışdır. Son döyüşü Xocavənd Şuşa istiqamətində olmuş və qəhrəmancasına Şəhidlik zirvəsində ucalmışdır.

Keçidlər