Şriftin ölçüsü :

Saytın rəngi :

Səfərov Mais Şakir oğlu

Soyadı, adı, atasının adı:  Səfərov Mais Şakir oğlu

Təvəllüdü:  20.07.1999

Ailə vəziyyəti:  Subay

Şəhid olduğu yer: Suqovuşan istiqamətində

Dəfn yeri:  Neftçala r-nu, Xolqarabucaq kəndi

Təltifi: “Vətən uğrunda” medalı

20.07.1999-cu ildə Neftçala rayonunun Xolqarabucaq kəndində anadan olmuşdur. İlk təhsilini 2006-cı ildə Səbail rayonu, Bayıl qəsəbəsi, 163 saylı tam orta məktəbdə təhsil almış, daha sonra təhsilini 2010-cu ildən 2015-ci ilə qədər, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, C.Cahangirov adına 4 saylı tam orta məktəbdə davam etdirmiş, 2015-ci ildə Bakı Humanitar kollecinin (BHK) təsviri incəsənət müəllimliyi fakültəsinə qəbul olmuşdur. 31.05.2019-cu ildə kollec təhsilini başa vurmuş, 01.07.2019-cu ildə Neftçala RHK-dan xidmətə yollanmış, Goranboy Ağcakənd kəndində xidmət etmişdir.
Nümunəvi xidmətə görə fəxri fərmana layiq görülmüşdür. 01.10.2020-ci ildə Suqovuşan Talış yüksəklikləri uğrunda gedən döyüşlərdə Səfərov Mais qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə ucalır. Ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilmişdir. Neftçala rayonunun Xolqarabucaq kəndində dəfn edilmişdir. Səfərov Mais Şakir oğlu adı yaşadığı məhəllədə yerləşən küçələrdən biri verilmişdir.

Keçidlər