Şriftin ölçüsü :

Saytın rəngi :

Əliyev Əmirulla Vahid oğlu

Soyadı, adı, atasının adı:  Əliyev Əmirulla Vahid oğlu

Təvəllüdü:  07.10.1996

Ailə vəziyyəti:  Subay

Şəhid olduğu yer: Suqovuşan istiqamətində

Dəfn yeri:  Ramana qəsəbəsi, “Şəhidlər Xiyabanı”

Təltifi: “Vətən uğrunda” medalı, III dərəcəli  “Vətənə xidmətə görə” ordeni

   

7 oktyabr 1996-cı il tarixdə Şamaxı şəhərində anadan olub. 2005-ci ildə Sabunçu rayonu 67 saylı tam orta məktəbinə daxil olub, ilk gündən müəllimlərin sevimlisinə çevrildi, 2011-ci ildə həmin məktəbi bitirib. 2011-ci ildə Bakı şəhəri, C.Naxçıvanski adına olan hərbi liseyə daxil oldu. Orada öz səliqə, əxlaq və savadına görə müəllimlərin hörmətini qazanmışdır. 2014-cü ildə müvəffəqiyyətlə imtahan verərək, Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuş və həmin ilin dekabr ayında öz Vətəninə olan sevgisi barədə kitabı dərc etmişdir. Orada da imtahanlarını 2018-ci ildə müvəffəqiyyətlə vermiş,  leytenant rütbəsinə yiyələnərək təyinatı üzrə Mingəçevir şəhərində yerləşən N saylı hərbi hissədə vəzifəsinin icrasına başlamışdır. 2020-ci il sentyabrın 27-də Suqovuşan istiqamətində düşməni məhv etmək üçün döyüşə atılmışdır. 28 sentyabr səhər saatlarında qarşı tərəfdən atılan minamyot partlayışı nəticəsində qəlpələrdən xəsarət alaraq şəhidlik zirvəsinə ucalmışdır.

Keçidlər