Şriftin ölçüsü :

Saytın rəngi :

Abdullazadə Həsənağa Şakir oğlu

Soyadı, adı, atasının adı:  Abdullazadə Həsənağa Şakir oğlu

Təvəllüdü:  09.03.1993

Ailə vəziyyəti:  Ailəli

Şəhid olduğu yer: Tərtər rayonu istiqamətində

Dəfn yeri:  II Şəhidlər Xiyabanı

Təltifi: “Vətən uğrunda” medalı

1993-cü il mart ayının 9-da Lənkəran şəhərində anadan olmuşdur.
1999-ildə Rövşən Bədəlov adına 9 saylı tam orta məktəbin 8-ci sinfini yüksək qiymətlərlə bitirmişdir. Həmin il öz istəyi ilə Cəmşid Naxçıvanski adına Hərbi litseyin 1-ci kursuna daxil olub. Tək övlad olmasına baxmayaraq 2010-cu ildə həmin məktəbi fərqlənmə ilə bitirmişdir.
2010-cu ildə avquat ayında Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. 2014-cü ilin iyul ayında həmin məktəbi bitirib leytenant rütbəsi alıb. 2014-cü ildə Silahlı Qüvvələrinin Təlim Tədris Mərkəzinin zabit təkmilləşdirmə kursuna daxil olub və 2015-ci ildə kursu fərqlənmə ilə bitirib. Öz arzusu ilə xidmətinin davam etdirmık üçün Gədəbəyin ən ucqar zirvəsinə yollanmışdır. 2020-ci il sentyabrın 27-si ikinci Vətən müharibəsi döyüşlərində Murov yüksəkliyinin, Kəlbəcər rayonunun işğaldan azad olunması istiqamətində hücuma keçmiş və xeyli düşməni məhv edərək şəhidlik zirvəsinə ucalmışdır.

Keçidlər