Şriftin ölçüsü :

Saytın rəngi :

Kazımov Kamran Qurbanəli oğlu

Soyadı, adı, atasının adı:  Kazımov Kamran Qurbanəli oğlu

Təvəllüdü:  26.07.1998

Ailə vəziyyəti:  Subay

Şəhid olduğu yer: Tərtər rayonu istiqamətində

Dəfn yeri:  Zabrat qəsəbəsi, “Şəhidlər Xiyabanı”

Təltifi: “Vətən uğrunda” medalı, “Qarabağ” ordeni

   

1990-cı il dekabrın 7-də Rusiya Federasiyasının Vologdo vilayətinin Vaşhi rayonunda anadan olub. 1992-ci ilin iyul ayından ailəsi ilə birgə Azərbaycanda yaşamağa başlamışdır. Kamran Kazımov 1997-2008-ci illərdə Xətai rayonunun 63 nömrəli tam orta məktəbində təhsil almışdır. 2010-cu ildə Xətai Rayon Hərbi Komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmış və 2011-ci ilə qədər Daxili qoşunların sıralarında müddətli həqiqi hərbi xidmətdə olmuşdur. Hərbi xidmətini başa vurduqdan sonra Kamran Kazımov müddətdən artıq hərbi xidmətə başlamışdır. Xidmətini Daxili qoşunların "N" saylı hərbi hissəsində davam etdirmişdir. 2012-2014-cü illərdə Daxili Qoşunların Ali Hərbi Mətəbində   təhsil almış və ona "leytenant" hərbi rütbəsi verilmışdır. 2014-cü ildən Daxili Qoşunların sıralarında müxtəlif vəzifələrdə xidmət etdirmişdir. 2018-ci ilin iyul ayından Daxili Qoşunların "N" saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Dəstəsində Qrup Komandiri vəzifəsində xidmət etmiş,. 2020-ci ilin avqust-sentyabr aylarında Xüsusi Təyinatlı Qüvvələrdə təlimlərdə olmudur. Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş leytenantı olan Kamran Kazımov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Ağdərə istiqamətində bir sıra strateji nöqtələrin azad olunmasında fərqlənmiş, həmçinin Cəbrayılın azadlığı ugrunda gedən döyüşlərdə döyüşmüşdür. Kamran Kazımov oktyabrın 5-də Cəbrayıl istiqamətində gedən döyüşlər zamanı şəhid olmuşdur.

 

Keçidlər