Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Sabunçu qəsəbəsində sakinlərlə növbəti səyyar görüşü keçirildi

07 yanvar 2020 | 20:00
 Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Vəliyevin 08.01.2020-ci il tarixdə Sabunçu qəsəbəsi, Əzim Əzimzadə küçəsində qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirildi.
  Görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavini Hüseyn-zadə Avtandil, Rayon İcra Hakimiyyəti başçısı aparatının şöbə müdirləri, Rayon İcra Hakimiyyəti başçısının Sabunçu qəsəbəsi üzrə nümayəndəsi, Sabunçu Bələdiyyə sədri və bütün xidmət sahələrinin rəisləri iştirak edirdilər.
  Səyyar görüşdə iştirak edən sakinlər rayonda gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirərək onları narahat edən bir sıra məsələlərin həlli ilə bağlı Rayon İcra Hakimiyyəti başçısına müraciətlər etdilər. Müraciət və təkliflər dinlənildikdən sonra sakinlərə müvafiq izahatlar verilərək qaldırılan məsələlərin  həlli istiqamətində rayon rəhbəri tərəfindən müvafiq qurumların rəhbərlərinə konkret tapşırıqlar verildi.

Keçidlər