Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda könüllülər tərəfindən maarifləndirmə işləri davam etdirilir

25 oktyabr 2020 | 20:00
   Koronavirus (COVİD – 19) infeksiyasının geniş yayılmasının qarşısının alınması istiqamətində aparılan mübarizə tədbirlərinə dəstək çərçivəsində Sabunçu rayonunda genişmiqyaslı maarifləndirmə işləri davam etdirilir.
   Sabunçu Rayon İcra Hakimiyyəti və YAP Sabunçu rayon təşkilatının birgə təşkilatçılığı ilə gənc könüllülərdən ibarət mobil qruplar tərəfindən rayonun qəsəbələrində keçirilən reydlər zamanı tibbi maskadan istifadə etməyən, əhalinin sıx toplaşdığı yerlərdə sosial məsafə saxlamayan vətəndaşlarla söhbətlər aparılır, onlara Operativ Qərargah tərəfindən müəyyən olunmuş qaydalara əməl edilməsinin vacibliyi izah olunur və koronavirus (COVİD-19) infeksiyasından qorunma yolları barədə maarifləndirici bukletlər paylanılır.
Keçidlər