Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu məktəbliləri “Bəhər” adlı “talk show”da qonaq oldular

13 dekabr 2020 | 20:00
   Ümummilli lider Heydər Əliyevin anım günü münasibətilə Sabunçu rayonunun məktəbliləri Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində “Bəhər” adlı “talk show”da qonaq oldular. Ulu Öndərin əsasını qoyduğu dövlət-gənclər siyasəti barədə söz açan məktəblilər bu istiqamətdə aparılan işlərin gənclərin hərtərəfli inkişafında əvəzsiz xidmətlərə malik olduğunu bildirdilər.
   Qeyd olundu ki, Ulu öndər Heydər Əliyevin siyasi məktəbinin yetirməsi olan Azərbaycan Prezidenti İlham Əliyev bu meyarları nəzərə alaraq ölkəmizin qüdrətli dövlətə çevrilməsi naminə gənclərə böyük inam bəsləyir. Bugün Azərbaycan gəncləri müxtəlif beynəlxalq qurumlarda təmsil olunurlar. Onlar beynəlxalq tribunalardan xalqımızın haqq səsini dünyaya çatdırır, beynəlxalq ictimaiyyətin əsl həqiqəti bilməsi üçün var gücü ilə çalışırlar. Qürurlu haldır ki, xalqımızın şanlı tarixinin yazılmasında vətənpərvər gənclərimiz hər kəsə nümunədir.
Keçidlər