Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi zamanı qəhrəmancasına şəhidlik zirvəsinə ucalan Cəfərov Zaur Hüseyn oğlunun ailəsi ilə görüş keçirildi

19 fevral 2021 | 20:00
Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Avtandil Hüseyn-zadə, Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Ceyhun Abbasov, Rayon İcra Hakimiyyəti başçısının Ramana qəsəbəsi üzrə nümayəndəsi Məhəmməd Əsədov Vətən müharibəsi zamanı qəhrəmancasına şəhidlik zirvəsinə ucalan Cəfərov Zaur Hüseyn oğlunun ailəsini ziyarət etmiş, onların problem və qayğıları ilə maraqlanmışlar.
Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmaqla əbədiyyətə qovuşan Z.Cəfərovun ailə üzvlərinə başsağlığı verən və səbr diləyən Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Avtandil Hüseyn-zadə xalqımızın onun kimi igidlərlə qürur duyduğunu vurğulayaraq son nəfəsinə qədər əzmlə vuruşan və şəhid olan qəhrəmanlarımıza Allahdan rəhmət diləmişdir.
Qeyd edək ki, Cəfərov Zaur Hüseyn oğlu 03.03.1980-ci il tarixdə Kəlbəcər rayonunun Başlıbel kəndində anadan olmuşdur. 1987-ci ildə həmin kəndin orta məktəbində təhsilinə başlamışdır. 1993-cü ildə Kəlbəcər rayonu Erməni faşistləri tərəfindən işğal olunandan sonra Qax rayonunun Tasmalı kənd orta məktəbində təhsilinə davam etmişdir. Ailəlikcə Qaradağ rayonunun Qızıl-daş qəsəbəsinə köçdükdən sonra 184 nömrəli Qızıl-daş orta məktəbində təhsil almışdır. 1997-ci ildə həmin məktəbi bitirdikdən sonra isə Heydər Əliyev adına Ali Hərbi məktəbə daxil olmuşdur. 2001-ci ildə həmin məktəbi bitirən Z.Cəfərov leytenant rütbəsi ilə Naxçıvan hərbi qarnizonuna göndərilmişdir. 2014-cü ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi Akademiyasına qəbul olmuş, 2016-cı ildə isə “Hərbi və Dövlət Müdafiəsini İdarəetmə” ixtisasına yiyələnmişdir. Xidmət etdiyi dövr ərzində bir sıra diplom və medallarla təltif edilən Z.Cəfərov Vətən müharibəsində iştirak edərək qəhrəmancasına şəhidlik zirvəsinə ucalmışdır.

Allah rəhmət eləsin!
Keçidlər