Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi zamanı qəhrəmancasına şəhidlik zirvəsinə ucalan Məmmədli Sübhan Səbuhi oğlunun ailəsi ilə görüş keçirildi

19 fevral 2021 | 20:00
Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Avtandil Hüseyn-zadə, Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Ceyhun Abbasov, Rayon İcra Hakimiyyəti başçısının Ramana qəsəbəsi üzrə nümayəndəsi Məhəmməd Əsədov Vətən müharibəsi zamanı qəhrəmancasına şəhidlik zirvəsinə ucalan Məmmədli Sübhan Səbuhi oğlunun ailəsini ziyarət etmiş, onların problem və qayğıları ilə maraqlanmışlar.
Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmaqla əbədiyyətə qovuşan S.Məmmədlinin ailə üzvlərinə başsağlığı verən və səbr diləyən Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Avtandil Hüseyn-zadə xalqımızın onun kimi igidlərlə qürur duyduğunu vurğulayaraq son nəfəsinə qədər əzmlə vuruşan və şəhid olan qəhrəmanlarımıza Allahdan rəhmət diləmişdir.
Qeyd edək ki, Məmmədli Sübhan Səbuhi oğlu 1994-cü ildə Naxçıvan MR Kəngərli rayon Xincab kəndində anadan olmuşdur. 2001-ci ildə Xincab kənd tam orta məktəbinə, 2009-cu ildə isə Naxçıvan MR Heydər Əliyev adına Hərbi liseyə daxil olmuşdur. 2012-ci ildə həmin liseyi bitirdiktən sonra Azərbaycan Respublikası Heydər Əliyev adına Ali Hərbi məktəbə daxil olan S.Məmmədli 2016-cı ildə həmin məktəbi bitirdiktən sonra leytenant rütbəsini alaraq hərbi hissədə xidmətə başlamışdır. Bir müddət xidmət etdikdən sonra Goranboy rayonunda yerləşən N saylı hərbi hissəyə bölük komandiri vəzifasinə təyin olunmuşdur. 2019-cu ilin iyun ayının 26-sı baş leytenant rütbəsi almışdır. Xidmət etdiyi dövr ərzində bir sıra diplom və medallarla təltif olunmuşdur.
Vətən müharibəsi zamanı Füzuli rayonunun azadlığı uğrunda döyüşlərdə iştirak edən S.Məmmədli qəhrəmancasına şəhidlik zirvəsinə ucalmışdır. Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə “Vətən uğrunda” və “Füzuli rayonunun azadlığı uğrunda” medalları ilə təltif edilmişdir.

Allah rəhmət eləsin!
 
Keçidlər