Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi zamanı qəhrəmancasına şəhidlik zirvəsinə ucalan Qasımov Orxan Rizvan oğlunun ailəsi ilə görüş keçirildi

28 fevral 2021 | 20:00
   Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Avtandil Hüseyn-zadə, Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Ceyhun Abbasov, Rayon İcra Hakimiyyəti başçısının Ramana qəsəbəsi üzrə nümayəndəsi Məhəmməd Əsədov və Ramana bələdiyyəsinin sədri Turqay Qəribov Vətən müharibəsi zamanı qəhrəmancasına şəhidlik zirvəsinə ucalan Qasımov Orxan Rizvan oğlunun ailəsini ziyarət etmiş, onların problem və qayğıları ilə maraqlanmışlar.
  Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmaqla əbədiyyətə qovuşan O.Qasımovun ailə üzvlərinə başsağlığı verən və səbr diləyən Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Avtandil Hüseyn-zadə xalqımızın onun kimi igidlərlə qürur duyduğunu vurğulayaraq son nəfəsinə qədər əzmlə vuruşan və şəhid olan qəhrəmanlarımıza Allahdan rəhmət diləmişdir.
  Qeyd edək ki, Qasımov Orxan Rizvan oğlu 21.01.1996-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur. 2002-ci ildə Bakı şəhərində yerləşən Ağdam rayon 36 nömrəli tam orta məktəbə daxil olmuş, 2008-ci ildə isə təhsilini Bakı şəhəri, Sabunçu rayonunda yerləşən 296 saylı tam orta məktəbdə davam etdirmişdir. 2013-cü ildə məktəbi bitirib Azərbaycan Dövlət Neft və Sənaye universitetinə qəbul olmuşdur. 2017-ci ildə ali təhsilini başa vurub həqiqi hərbi xidmətə yollanmışdır. Vətən müharibəsində Füzuli rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak edən O.Qasımov qəhrəmancasına şəhidlik zirvəsinə ucalmışdır. Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə “Füzuli rayonunun azadlığı uğrunda”, “Cəsur döyüşçü” və “Vətən uğrunda” medalları ilə təltif edilmişdir.
 
Allah rəhmət eləsin!
 
Keçidlər