Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi zamanı qəhrəmancasına şəhidlik zirvəsinə ucalan Seyidov Əli Rahim oğlunun ailəsi ilə görüş keçirildi

28 fevral 2021 | 20:00
   Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Avtandil Hüseyn-zadə, Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Ceyhun Abbasov, Rayon İcra Hakimiyyəti başçısının Ramana qəsəbəsi üzrə nümayəndəsi Məhəmməd Əsədov və Ramana bələdiyyəsinin sədri Turqay Qəribov Vətən müharibəsi zamanı qəhrəmancasına şəhidlik zirvəsinə ucalan Seyidov Əli Rahim oğlunun ailəsini ziyarət etmiş, onların problem və qayğıları ilə maraqlanmışlar.
  Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmaqla əbədiyyətə qovuşan Ə.Seyidovun ailə üzvlərinə başsağlığı verən və səbr diləyən Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Avtandil Hüseyn-zadə xalqımızın onun kimi igidlərlə qürur duyduğunu vurğulayaraq son nəfəsinə qədər əzmlə vuruşan və şəhid olan qəhrəmanlarımıza Allahdan rəhmət diləmişdir.
  Qeyd edək ki, Seyidov Əli Rahim oğlu 11.07.1999-cu il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində anadan olmuşdur. 2017-ci ildə Sabunçu rayonu, 90 nömrəli tam orta məktəbi bitirmiş, 2018-ci ilin yanvar ayında həqiqi hərbi xidmətə çağırılmışdır. 2019-cu ildə hərbi xidmətini başa vuran və  müddətdən artıq xidmət edən Ə.Seyidov Vətən müharibəsi zamanı Suqovuşanın azad olunması uğrunda gedən döyüşlərdə iştirak edərək qəhrəmancasına şəhidlik zirvəsinə ucalmışdır. X.T.Q. kəşfiyyatçı çavuş rütbəsində xidmət edən şəhid Seyidov Əli Rahim oğlu ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə “Vətən uğrunda”, “Suqovuşanın azadlığı uğrunda”, “Ağdamın azad olunmasına görə”, “Cəsur döyüşçü” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmişdir.

Allah rəhmət eləsin!
 
Keçidlər