Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda COVID-19 xəstəliyinə qarşı vaksinasiya prosesi uğurla davam etdirilir

22 mart 2021 | 20:00
   Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq COVID-19 infeksiyasına qarşı mübarizə məqsədilə əhalinin peyvənd olunması prosesi uğurla davam etdirilir. Strategiyanın əsas məqsədi ölkədə yayılmış koronavirus pandemiyasının qarşısının alınması, virusa yoluxma və ölüm səviyyəsinin aşağı salınmasına nail olmaqdır.
   23 mart 2021-ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Avtandil Hüseyn-zadəyə də COVID-19 əleyhinə ikinci doza vaksin vurulmuşdur.
   Qeyd edək ki, Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən COVID-19 xəstəliyi əleyhinə mübarizə çərçivəsində əhali arasında maarifləndirmə işləri mütəmadi olaraq davam etdirilir.
 
Keçidlər