Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda Çernobıl faciəsinin 35-ci ildönümü qeyd olundu

22 aprel 2021 | 20:00
   23.04.2021-ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə XX əsrin ən dəhşətli qəzalarından olan Ukraynanın Pripyat şəhərindəki Çernobıl Atom Elektrik Stansiyasının 4-cü blokunda baş vermiş  qəzanın 35-ci ildönümü ilə əlaqədar rayonda yaşayan Çernobıl əlilləri ilə görüş keçirildi.
   Sabunçu Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ədalət Teymurov və  Çernobıl Əlilləri Cəmiyyətinin Sabunçu Rayon Təşkilatının sədri Elxan Salmanovun iştirakı ilə keçirilən görüşdə Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən Çernobıl Əlilləri Cəmiyyətinin Sabunçu Rayon Təşkilatının üzvlərinə ərzaq bağlamaları təqdim edildi.
 
Keçidlər