Şriftin ölçüsü :

Saytın rəngi :

Şuşa şəhəri uğrunda gedən döyüşlərdə ağır yaralanaraq 6 ay hospitalda müalicə alan və ötən gün şəhid olan hərbi qulluqçu Xəlilov Hüseyn Rasim oğlunun ailəsi ilə görüş keçirildi

27 aprel 2021 | 20:00
   28 aprel 2021-ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, RİH başçısının müavini Avtandil Hüseyn-zadə, RİH başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Əlizadə Fəqan, həmin şöbənin böyük məsləhətçisi Dünyamalıyev Fəqan, RİH başçısının Nardaran qəsəbəsi üzrə nümayəndəsi Məmmədov Azər və Nardaran bələdiyyəsinin sədri Ağayev Əlihüseyn Vətən müharibəsi zamanı ağır yaralanaraq 6 ay hospitalda müalicə alan və ötən gün şəhid olan hərbi qulluqçu Xəlilov Hüseyn Rasim oğlunun ailəsini ziyarət etmiş, onların problem və qayğıları ilə maraqlanmışlar.
   Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmaqla əbədiyyətə qovuşan H.Xəlilovun ailə üzvlərinə başsağlığı verən və səbr diləyən Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev xalqımızın onun kimi igidlərlə qürur duyduğunu vurğulayaraq son nəfəsinə qədər əzmlə vuruşan və şəhid olan qəhrəmanlarımıza Allahdan rəhmət diləmişdir. Qeyd olunmuşdur ki, Ali Baş Komandanın ətrafında sıx birləşən xalqımızın inamı və müzəffər Azərbaycan ordusunun qətiyyəti ilə qazanılmış tarixi zəfərimiz milli kimliyimizi, birliyimizi və gücümüzü bütün dünyaya nümayiş etdirmişdir.
   Qeyd edək ki, H.Xəlilov Sabunçu rayonunun Nardaran qəsəbəsində doğulub. Vətən müharibəsi zamanı Şuşa uğrunda gedən döyüşlərdə ağır yaralanıb. 6 ay hospitalda müalicə alandan sonra aprelin 25-də şəhidlik zirvəsinə ucalmışdır.
 
   Allahdan şəhidimizə rəhmət, yaxınlarına səbr diləyirik!
 
Keçidlər