Şriftin ölçüsü :

Saytın rəngi :

“Ailə həftəsi” layihəsi çərçivəsində rayonun 68 il birgə nikahda olan nümunəvi ailəsi ilə görüş keçirildi

05 may 2021 | 20:00
   Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Sabunçu Rayon İcra Hakimiyyəti, Sabunçu Gənclər Evi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə “15 may – Beynəlxalq Ailə Günü” münasibətilə həyata keçirilən “Ailə həftəsi” layihəsi çərçivəsində silsilə tədbirlər davam edir.
   Belə ki, 06.05.2021-ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova, Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ədalət Teymurov, şöbənin müdir müavini Ceyhun Abbasov, Rayon İcra Hakimiyyəti başçısının Zabrat qəsəbəsi üzrə nümayəndəsi Elvin Şiriyev, Zabrat Bələdiyyəsinin sədri Nailə Nəsirova və Sabunçu Gənclər Evinin direktoru Samir Mehralıyevin iştirakı ilə rayonun 68 il birgə nikahda xoşbəxt yaşayan nümunəvi Süleymanovlar ailəsi ilə görüş keçirildi. 
   Gənc nəslə nümunə olan bu ailənin üzvləri Süleyman Süleymanov və Həvva Süleymanova uzunömürlü nikahlarının sirlərini bölüşərək milli-mənəvi dəyərlərə söykənən sağlam ailənin təməlində qarşılıqlı hörmət, sevgi və səmimi münasibətlərin mühüm olduğunu vurğuladılar. Qeyd olundu ki, ailə dəyərlərinin qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi cəmiyyətin hər bir fərdinin ən müqəddəs borcudur, çünki sağlam cəmiyyət sağlam ailə dəyərləri üzərində qurulur.
 
Keçidlər