Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu məktəbliləri arasında keçirilən II İntellektual çempionatın qalibləri mükafatlandırıldı

31 may 2021 | 20:00
   01.06.2021-ci il tarixdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Sabunçu Rayon İcra Hakimiyyəti, Sabunçu Gənclər Evi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə Sabunçu məktəbliləri arasında “28 may - Respublika Günü” münasibətilə keçirilən  II İntellektual çempionatın qalibləri mükafatlandırıldı.
   Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova, Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ədalət Teymurov və Sabunçu Gənclər Evinin direktoru Samir Mehralıyevin iştirakı ilə keçirilən mükafatlandırma mərasimində II İntellektual çempionatda birinci yerin sahibi 142 nömrəli tam orta məktəbin “Zəfər” komandası, ikinci yerin sahibi 148 nömrəli tam orta məktəbin “Kainat” komandası və üçüncü yerin sahibi 155 nömrəli tam orta məktəbin “İstiqlal” komandasının üzvlərinə diplom, medal və hədiyyələr təqdim olundu.
   Sonda qalib “Zəfər” komandası kubokla təltif olundu.
 
Ətraflı linkdə:    https://www.facebook.com/sabunchurih/posts/1904995046330123
 
Keçidlər