Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda "15 İyun - Milli Qurtuluş Günü"nə həsr olunmuş mini-futbol turniri keçirildi

07 iyun 2021 | 20:00
   08.06.2021-ci il tarixdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsi, Sabunçu Rayon İcra Hakimiyyəti və Sabunçu rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Sabunçu rayonu, 74 saylı tam orta məktəbin stadionunda "15 İyun -Milli Qurtuluş Günü"nə həsr olunmuş  mini-futbol turniri keçirildi.
   Turnirin açılışında iştirak edən Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova və Sabunçu rayon Gənclər və İdman idarəsinin rəisi Rakif Əliyev turnir iştirakçılarını salamlayaraq iştirakçılara  uğurlar arzu etdilər.
Mini-futbol turnirində 74 saylı tam orta məktəbin komandası birinci, 28 saylı tam orta məktəbin komandası ikinci və 137 saylı tam orta məktəbin komandası üçüncü yerə layiq görüldü.
 
Keçidlər