Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda "15 İyun-Milli Qurtuluş Günü" münasibətilə tədbir keçirildi

09 iyun 2021 | 20:00
10.06.2021-ci il tarixdə Bakı şəhər Gənclər və İdman Baş idarəsi, Sabunçu Rayon İcra Hakimiyyəti və Sabunçu rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Sabunçu rayonu, Böyükşor bulvarında "15 İyun-Milli Qurtuluş Günü"nə həsr olunmuş tədbir keçirildi.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova, Bakı şəhər Gənclər və İdman Baş idarəsinin rəisi Raqif Abbasov,  Milli Məclisin deputatı Əliabbas Salahzadə, Yeni Azərbaycan Partiyası Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva, Sabunçu rayon Gənclər və İdman idarəsinin rəisi Rakif Əliyev, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədr müavini Faiq Ağayev və Vətən müharibəsi qaziləri iştirak edirdilər.
İlk olaraq qonaqlar "15 İyun-Milli Qurtuluş Günü" münasibətilə rayonun məktəbliləri, Əlilliyi olan Şəxslərin Peşə-əmək Reablitasiya Mərkəzi və Ahıl şəxslər üçün Sosial Xidmət müəssisəsinin sakinlərinin iştirakı ilə estafet qaçış, taekvando, MMA, cüdo, ağırlıqqaldırma, dama və şahmat idman növləri üzrə keçirilən yarışların final mərhələsinə baxış keçirdilər. Azərbaycan Əlil Arabasında Qılıncoynatma Federasiyasının idmançılarının nümunəvi çıxışlarından sonra qonaqlar Sabunçu rayonu, Sabunçu qəsəbəsi, A.Qambayzadə adına 148 saylı tam orta məktəbin şagirdləri tərəfindən vətənpərvərlik mövzusunda çəkilən rəsmlərlə tanış olaraq Bakıxanov qəsəbəsi R.Quliyev adına 107 saylı tam orta məktəbin gimnastları, 192 və 230 saylı körpələr evi – uşaq bağçalarının rəqs qruplarının ifasında rəqs nümunələrini izlədilər.
Tədbirdə çıxış edən Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova qonaqları və tədbir iştirakçılarını salamlayaraq "15 İyun-Milli Qurtuluş Günü" münasibətilə təbrik etdi. Qeyd olundu ki, məhz Ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən qayıdışından sonra respublikamız düçar olduğu bəlalardan qurtuldu, uğurlu gələcəyin təməli qoyuldu və bugün Ümummilli liderin siyasi kursunun layiqli davamçısı olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı daxili və xarici siyasət nəticəsində ölkəmiz bütün sahələrdə parlaq uğurlara imza atır.
Tədbirin sonunda Sabunçu rayon Gənclər və İdman İdarəsi tərəfindən təltif olunan yarış iştirakçıları və qaliblərə diplomları Vətən müharibəsi qaziləri təqdim etdilər.
 
Ətraflı linkdə:   https://www.facebook.com/sabunchurih/posts/1911331485696479
 
Keçidlər