Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunun Bakıxanov qəsəbəsində ağacəkmə aksiyası keçirildi

23 iyun 2021 | 20:00
24.06.2021-ci il tarixdə Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yerləşən Gülüstan parkında paytaxtın müxtəlif təhsil müəssisələrindən olan 60 şagird və tələbənin iştirakı ilə ağacəkmə aksiyası keçirildi.
Aksiyada Sabunçu  Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova, Rayon İcra Hakimiyyəti başçısının Bakıxanov qəsəbəsi üzrə nümayəndəsi Ruhin Orucov, Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları və Sabunçu Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin məsul əməkdaşları iştirakı edirdilər.
Aksiya çərçivəsində Gülüstan parkı ərazisində 100-dən çox eldar şamı ağacı əkildi. Aksiyanın sonunda könüllülər üçün əyləncəli müsabiqələr də təşkil edildi.
Qeyd edək ki, aksiyanın keçirilməsində məqsəd ağac əkməklə ekoloji tarazlığın bərpasına, ətraf mühitin qorunmasına töhfə vermək və gənc nəslin diqqətini yaşıllıqların qorunmasına yönəltməkdir.
 
Keçidlər