Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda Vətən müharibəsi şəhidi Nağıyev Murad Mayıl oğlunun ildönümü mərasimi keçirilib

09 oktyabr 2021 | 20:00
   10 oktyabr  2021-ci ildə Bakıxanov qəsəbəsində Vətən müharibəsi şəhidi Nağıyev Murad Mayıl oğlunun il mərasimi keçirildi. Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin Başçısı cənab Adil Vəliyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu rayonu üzrə şöbə müdiri Beytulla Quliyev, Sabunçu rayon polis idarəsinin əməkdaşları, Sabunçu Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Fəqan Əlizadə, şöbənin böyük məsləhətçisi Fəqan Dünyamalıyev, Sabunçu Rayon İcra Hakimiyyəti Başçısnın Bakıxanov qəsəbəsi üzrə nümayəndəsi Ruhin Orucov, şəhidin ailə üzvləri, döyüş yoldaşları və qəsəbə sakinləri  iştirak etmişdir.
   Nağıyev Murad Mayıl oğlu 09.02.1997-ci ildə Qazax rayonunda anadan olmuşdur.
   Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən 271 saylı tam orta məktəbi bitirmişdir
2011-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə qəbul olmuşdur. Hərbi Liseydə göstərdiyi yüksək nəticələrə görə liseydən Türkiyənin Kuleli Hərbi Liseyinə göndərilmişdir.
2015-ci ildə Türkiyədə Kara Harp Okuluna daxil olmuşdur.
2020-ci ildə Heydər Əliyev adına Ali Hərbi Məktəbinin məzunu olmuşdur.
2020-ci ildə zabit kim N saylı hərbi hissəyə təyinat almış və leytenant rütbəsi ilə tank taborunda tağım komandiri olaraq xidmətə başlamışdır.
20.10.2020-ci ildə Cəbrayıl rayon istiqamətində gedən döyüşdə qəhrəmancasına şəhid olmuşdur.
20.10.2020-ci ildə Bakı şəhəri, Yasamal rayonunda yerləşən “İkinci Şəhidlər Xiyabanı”nda dəfn olunmuşdur.
 Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” , “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
Keçidlər