Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda Vətən müharibəsi şəhidi Novruzov Rəşad Elşad oğlunun ildönümü mərasimi keçirilib

15 noyabr 2021 | 20:00

   Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının I müavini Güloğlan Məmmədov, Sabunçu Rayon İcra Hakimiyyəti aparatının  Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Fəqan Əlizadə, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Maştağa qəsəbəsi üzrə nümayəndəsi Fərid Məmmədəliyev, Maştağa bələdiyyəsinin sədri Mikayıl Məmmədov, şəhidin ailə üzvləri, döyüş yoldaşları, və qəsəbə sakinləri iştirak etmişdir.
Novruzov Rəşad Elşad oğlu. 03.04.2002-ci ildə Sabunçu rayonu, Maştağa qəsəbəsində anadan olmuşdur.
2012-ci ildə Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən 255 saylı tam orta məktəbi bitirmişdir.
Həqiqi hərbi xidmətdə olmuşdur.
2020-ci ilin aprel ayında  könüllü olaraq xüsusi təyinatlı dəstəyə yazılmış, Füzuli, Qubadlı, Zəngilan, Kəlbəcər, Laçın uğrunda gedən döyüşlərdə iştirak etmişdir.
08.11.2020-ci ildə Laçın rayon istiqamətində gedən döyüşlərdə qəhramancasına şəhid omuşdur.
16.11.2020-ci ildə Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən “Şəhidlər Xiyabanı”nda dəfn olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub.

Keçidlər