Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda Vətən müharibəsi şəhidi Qasımov Kamran Fazil oğlunun ildönümü mərasimi keçirilib

25 noyabr 2021 | 20:00
   Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısı cənab Adil Vəliyev, Sabunçu Rayon İcra Hakimiyyəti Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Fəqan Əlizadə, Sabunçu Rayon İcra Hakimiyyəti başçısnın Zabrat qəsəbəsi üzrə nümayəndəsi Elvin Şiriyev, Zabrat bələdiyyəsinin sədri Nailə Nəsirova, şəhidin ailə üzvləri, döyüş yoldaşları və qəsəbə sakinləri  iştirak etmişdir.
Qasımov Kamran Fazil oğlu 20.02.2001-ci ildə Gədəbəy rayonu, Qaravəllər kəndində anadan olmuşdur. 2007-ci ildə Sabunnçu rayonu, Zabrat qəsəbəsinin 192 saylı tam orta məktəbinin 1-ci sinfinə daxil olur. 2016-cı ildə həmin məktəbin 9-cu sinfini bitirib, 14 saylı Bakı Peşə Litseyinə daxil olmuşdur. 2019-cu ildə N saylı hərbi hissədə xidmətə başlamışdır. Vətən müharibəsi döyüşlərində iştirak etmiş, Xocavənd uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. 26.11.2020-ci ildə Zabrat qəsəbəsi “Şəhidlər Xiyabanı”nda dəfn olmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunmuşdur.
 
Keçidlər