Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunun Sabunçu qəsəbəsində 2018-ci ilin dekabr ayı ərzində aparılan abadlıq - quruculuq işləri haqqında məlumat

09 yanvar 2019 | 20:00
2018-ci ilin dekabr ayı ərzində Sabunçu qəsəbə nümayəndəliyi və Sabunçu Bələdiyyəsi tərəfindən qəsəbənin Şəhər Şossesi və Xəstəxanayanı küçələrində nəqliyyat vasitələrinin rahat şəkildə hərəkət etməsi üçün asfalt örtüyü təmir edilmişdir.
Qəsəbənin Əsildar Məmmədəliyev küçəsi və Sabunçu bazarında küçə ticarətinə qarşı qanun çərçivəsində müvafiq tədbirlər görülmüşdür.
Həmçinin, Sabunçu qəsəbə nümayəndəliyi tərəfindən aztəminatlı ailələrə “31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il” münasibətilə bayram sovqatları verilmişdir.
Keçidlər