Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayon İcra Hakimiyyətinin “Biz birliyin rəmziyik” devizli könüllüləri Sabunçu Gənclər Mərkəzində

11 yanvar 2019 | 20:00
   12.01.2019-cu il tarixdə Sabunçu rayon İcra Hakimiyyətinin “Biz birliyin rəmziyik” devizli könüllüləri Sabunçu rayonu Bakıxanov qəsəbəsində yeni inşa olunmuş Gənclər Mərkəzi ilə tanış oldular.   
  Sabunçu Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Ceyhun Abbasovun iştirakı ilə təşkil olunan ekskursiyada könüllülər ilk olaraq Gənclər Mərkəzində yaradılan  “Heydər Əliyev muzeyi”ndə Ümummilli Liderin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotolar və eksponatlarla tanış oldular.
  Mərkəz haqqında ümumi məlumat verən C.Abbasov qeyd etdi ki, mərkəzin ümumi sahəsi 5800 kvadratmetrdir. Mərkəzin yüksək zövqlə inşa edilən binasının interyeri müasirliyi ilə seçilir və burada 300 yerlik böyük konfrans zalı yaradılıb. Zalda rayonun ictimai-siyasi və mədəni həyatı ilə bağlı əlamətdar tədbirlərin keçirilməsi üçün hər cür şərait mövcuddur.
  Gənclər Mərkəzində yaradılan virtual atıcılıq otağı, foto və poliqrafiya studiyaları, fortepiano və rəqs zalları, kiçik konfrans zalı, Gənclər kafesi, virtual sinif, kompüter, xarici dil kursları və linqafon, rəsm, intellektual oyun və şahmat otaqları isə Sabunçu könüllülərində xüsusi marağa səbəb oldu.
  Sonda Gənclər Mərkəzində müasir standartlara cavab verən 90 yerlik kinozalda film izləyən və elektron kitabxanada mütaliə edən könüllülər Mərkəzdən xoş təəssüratlarla ayrıldılar.
 
 
 
 
 
 
 
 
 
Keçidlər