Şriftin ölçüsü :

Saytın rəngi :

“ƏN KÖNÜLLÜ” SƏN OL!

30 aprel 2019 | 20:00
  Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birgə Azərbaycan Respublikasının “Könüllü fəaliyyət haqqında” Qanununa müvafiq olaraq Sabunçu Rayon İcra Hakimiyyətində könüllü əsaslarla iştirak etmək istəyən gənclərlə Sabunçu Rayon İcra Hakimiyyətində  görüş keçirilmişdir.
  Görüşdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı  Adil Vəliyev,  Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova və müraciət etmiş gənclərdən müsahibə yolu ilə seçilmiş 16 könüllü gənc iştirak etmişdir.
  Sabunçu Rayon İcra Hakimiyyətinin “ƏN KÖNÜLLÜ” layihəsi ilə könüllülük fəaliyyətinə başlayan gənclərlə görüşən Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı  Adil Vəliyev könüllülük hərəkadının məqsədi, mahiyyəti, əhəmiyyəti, ölkə rəhbəri cənab İlham Əliyevin gənclərin  könüllülük hərəkatına verdiyi önəmli qiymətdən, göstərdiyi qaygıdan ətraflı danışdı, Sabunçu Rayon İcra Hakimiyyətinin “ƏN KÖNÜLLÜ” layihəsi ilə könüllülük fəaliyyətinə başlayan gənclər üçün icra hakimiyyətidə hər çür şəraitin yaradılması, onlar üçün hər bir  zəruri ləvazimatlarla təhciz edilmiş xüsusi iş otağının ayrılması barədə məlumat verdi.

Keçidlər