Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə tədbir keçirildi

06 may 2019 | 20:00
  07.05.2019-cu il tarixdə Sabunçu Rayon İcra Hakimiyyətində müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar tədbir keçirildi.
  Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Yeni Azərbaycan Partiyasının Sabunçu Rayon Təşkilatının sədri, Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, qəsəbə nümayəndələri, bələdiyyə sədrləri, təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.
  Əvvəlcə tədbir iştirakçıları Ulu öndər Heydər Əliyevin Rayon İcra Hakimiyyətinin inzibati binasındakı abidəsi önünə gül dəstələri qoyaraq dahi şəxsiyyətin unudulmaz xatirəsini dərin ehtiramla yad etdilər.Sonra tədbir akt zalında davam etdirildi. Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra tədbiri giriş sözü ilə açan Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Vəliyev ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti barədə tədbir iştirakçılarına geniş məlumat verdi. A.Vəliyev qeyd etdi ki,  Heydər Əliyev rəhbərlik etdiyi dövr ərzində daim tərəqqisi üçün çalışdığı, zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur duyduğu və gələcək nəsillərinin taleyi üçün düşündüyü doğma yurdu Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxarmışdır. Sarsılmaz əqidəyə, möhkəm iradəyə malik, qətiyyətli, yenilməz bir insan olan Heydər Əliyevin həyatı gənclərimiz üçün əsl nümunədir. A.Vəliyev vurğuladı ki, bu gün ümummilli liderin daxili və xarici siyasətini onun layiqli davamçısı, dövlətçilik irsinin daimiliyini təmin edəcək, qüdrətli lider, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev həyata keçirir.
  Daha sonra tədbirdə  Yeni Azərbaycan Partiyasının Sabunçu Rayon Təşkilatının sədri Mehriban Abasquliyeva, Bakı Dövlət Sosial-İqtisad Kollecinin direktoru Vidadi Orucov, 271 saylı tam orta məktəbin direktoru Səməndər Məmmədov və digər natiqlər çıxış edərək diqqətə çatdırdılar ki, Azərbaycanın müstəqil dövlət quruculuğunda, ölkənin sosial-iqtisadi inkişafında əldə etdiyi bütün nailiyyətlərin təməlində, dünyada nüfuzlu siyasi xadim kimi tanınan Heydər Əliyev Sovetlər Birliyi kimi nəhəng dövlətin rəhbərliyində təmsil olunmaqla öz fitri istedadı və şəxsi nüfuzu ilə fərqlənmişdir.
 
Keçidlər