Şriftin ölçüsü :

Saytın rəngi :

Ramana qalası ərazisində gənclərin iştirakı ilə "Gələcəyini təmiz saxla!" şüarı adı altında təmizlik aksiyası keçirilmişdir

10 may 2019 | 20:00
  Ramana qalası ərazisində gənclərin iştirakı ilə "Gələcəyini təmiz saxla!" şüarı adı altında təmizlik aksiyası keçirilmişdir
  Sabunçu rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Gənclər Fondu və Bakı Gənclər Mərkəzi tərəfindən birgə təşkil olunan təmizlik aksiyası ətraf mühit və tarixi abidələrimizə qarşı həssaslığın artırılması məqsədi ilə həyata keçirilmişdir.
  Təmizlik aksiyasında gənclərlə yanaşı, Sabunçu rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova, Azərbaycan Respublikası Gənclər Fondunun Gənclərlə İş şöbəsinin müdiri Orxan Ərəbov və Bakı Gənclər Mərkəzinin direktoru Rəvanə Həşimova iştirak etmişdir.
 
Keçidlər