Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda “Məişət zorakılığının qarşısının alınması mexanizmləri” mövzusunda dəyirmi masa təşkil edilmişdir

09 iyun 2019 | 20:00
  10.06.2019-cu il tarixdə Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən Bakı Gənclər Mərkəzində “Məişət zorakılığının qarşısının alınması mexanizmləri” mövzusunda dəyirmi masa təşkil edilmişdir.
  İclasda Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini, Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə Monitorinq Qrupunun rəhbəri Rəna Fərəcova, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Ceyran Rəhmətullayeva, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova, Sabunçu Rayon İcra Hakimiyyətində yaradılmış Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə Monitorinq Qrupunun üzvləri, Sabunçu Rayon Polis İdarəsinin rəis müavini Sədi İsmayılov və rayonun 12, 13, 14, 15 və  42-ci Polis Bölmələrinin  rəisləri iştirak edirdilər.
  İclası giriş sözü ilə açan Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini, Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə Monitorinq Qrupunun rəhbəri Rəna Fərəcova 2018-2019-cu illər ərzində görülmüş işlər haqqında məlumat vermişdir. Qeyd olunmuşdur ki, məişət zorakılığı hallarının aşkar olunması və qarşısının alınması istiqamətində Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə Monitorinq Qrupu rayonun hüquq-mühafizə orqanları, təhsil və səhiyyə müəssisələri, eləcə də müvafiq qurumlarla sıx əməkdaşlıq edir. R.Fərəcova vurğulamışdır ki, ölkədə məişət zorakılığı ilə mübarizənin gücləndirilməsi, məişət zorakılığı qurbanlarının hüquqi müdafiə vasitələri, kompensasiya, tibbi və psixoloji yardımla təmin edilməsi istiqamətində görülən işlər bir çox dünya ölkələrinə nümunə olacaq səviyyədədir. Lakin gənc nəsil arasında gender bərabərliyi təfəkkürünün zəif olması günümüzün reallığıdır. Bu isə öz növbəsində cəmiyyətimizin inkişafına mane olur. Buna görə də Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı yanında Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun təşəbbüsü ilə gənc nəslin bu istiqamətdə maarifləndirilməsi ilə bağlı təşkil olunan “Gender zorakılığı-cəmiyyətimizin faciəsi” adlı layihə müvafiq qurumlar tərəfindən də müsbət qarşılanmışdır.
  Daha sonra çıxış edən Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Ceyran Rəhmətullayeva münaqişəli ailələrlə profilaktiki işin və gender zorakılığına məruz qalmış insanların reabilitasiyasının təşkili ilə bağlı ətraflı məlumat vermişdir.
  Sonda qonaqlar iclas iştirakçılarını maraqlandıran sualları cavablandırmış və irəli sürülən təklifləri dinləmişlər.
 
Keçidlər