Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu Gənclər Evinin və Sabunçu Rayon İcra Hakimiyyətinin “ƏN KÖNÜLLÜ”-lər üçün hazırladığı təlimlər silsiləsi davam edir.

19 iyun 2019 | 20:00
  Gənc könüllülər təlimçi Fəxrəddin Abdullayevin təqdimatında natiq necə olmalıdır, bədən dili, qarşısındakı insanın yalanını necə anlamalı olduğunu öyrəndilər. İştirakçılarla qarşılıqlı dialoq vasitəsiylə fikir mübadiləsi aparılıb və çıxış edərək taktikaları öyrəniblər.
  Qeyd edək ki, “ƏN KÖNÜLLÜ” layihəsinə Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birgə başlanmışdır. Təlimlər silsiləsi 2 ay davam edəcək.
 
Keçidlər