Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda “23 iyun - Dövlət qulluqçularının peşə bayramı” günü qeyd olundu

20 iyun 2019 | 20:00
  21 iyun 2019-cu il tarixdə Sabunçu Rayon İcra Hakimiyyətində “23 iyun - Dövlət qulluqçularının peşə bayramı”günü ilə əlaqədar tədbir keçirildi.  Tədbirdə Sabunçu  Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, RİH başçısının müavinləri,  rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Yeni Azərbaycan Partiyası Sabunçu Rayon Təşkilatının sədri, RİH başçısı aparatının şöbə müdirləri və əməkdaşları, RİH başçısının qəsəbələr üzrə nümayəndələri və əməkdaşları iştirak etmişdir.
  Tədbiri  giriş sözü ilə Sabunçu  Rayon İcra  Hakimiyyətinin  başçısı  Adil Vəliyev açaraq dövlət qulluqçularını peşə bayramı münasibətilə təbrik etdi, onlara öz fəaliyyətlərində uğurlar arzuladı. A.Vəliyev ölkəmizdə uğurlu, məsuliyyətli və demokratik idarəçiliyin yaradılmasında Ümummilli Liderin xidmətlərini və Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyatımızın bütün sahələrində, o cümlədən dövlət quruculuğunda böyük nailiyyətlərinin qazanıldığını diqqətə çatdırdı. O bildirdiki, Dövlət Qulluqçularının peşə bayramı Prezident cənab İlham Əliyevin 2006-cı il 25 may tarixli sərəncamı ilə təsis edilib. Azərbaycanda müasir dövlət qulluğu sisteminin formalaşdırılması və inkişafında, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunda Ümummillilider Heydər Əliyevin əvəzsiz xidmətləri olub. 1995-ci ildə qəbul olunan Konstitusiya ölkəmizdə dövlət quruluşu və idarəçilik prinsiplərini təsbit edir. Ölkəmizdə Dövlət qulluğu sahəsində aparılan islahatların ən mühüm nəticələrindən biri 2000-ci il iyulun 21-də qəbul edilən “Dövlət qulluğu haqqında” Qanundur. Bu Qanunla Azərbaycanda dövlət qulluğu sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasının əsası qoyulub, bu sahədə kadr siyasətinin əsas prinsipləri, dövlət qulluqçularının cəmiyyətdəki yeri, onların hüquq və vəzifələri müəyyənləşdirilib.
  Daha sonar çıxış edənlər dövlət qulluqçularını bu əlamətdar gün münasibətilə təbrik edərək onlara öz fəaliyyətlərində uğurlar arzuladılar.
  Tədbirin sonunda rayonun ictimai həyatında səmərəli fəaliyyətlərinə görə  RİH başçısı aparatının köməkçisi Mahmudov Müslüm, RİH başçısı aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Həsənov Qəzənfər , RİH başçısı aparatrının şöbə müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Teymurov Ədalət,  RİH başçısı aparatının böyük məsləhətçisi - Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Hünbətova Səbahət, RİH başçısı aparatının aparıcı məsləhətçisi - Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi psixoloqu Quliyeva Ramilə, RİH başçısı aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi Muradova Gülsabah, RİH başçısı aparatının Rayon təsərrüfatı şöbəsinin məsləhətçisi Mustafayev Xosrov, RİH başçısının Bakıxanov qəsəbəsi üzrə nümayəndəsi Səlimov Vidadi,  RİH başçısının Balaxanı qəsəbəsi üzrə nümayəndənin müavini Quliyev Rasim,  RİH başçısının Nardaran qəsəbəsi üzrə nümayəndənin müavini Məmmədova Fatma,  RİH başçısının Balaxanı qəsəbəsi üzrə aparıcı mütəxəssisi  Mərdanova Arazxanım, RİH başçısının Zabrat qəsəbəsi üzrə aparıcı mütəxəssisi Novruzova Gülxanım, RİH başçısının Sabunçu qəsəbəsi üzrə aparıcı mütəxəssisi Şahbazova Sevda Rayon İcra Hakimiyyəti başçısı tərəfindən Fəxri Fərmanlarla təltif olundular.
  Təltif olunan dövlət qulluqçuları onlara göstərilən diqqət və qayğıya görə möhtərəm Prezidentimiz cənab İlham Əliye və öz dərin minnətdarlıqlarını bildirdilər.
 
Keçidlər