Şriftin ölçüsü :

Saytın rəngi :

“12 avqust –Beynəlxalq Gənclər Günü “ münasibətilə Sabunçu rayonunda tədbir keçirilmişdir

09 avqust 2019 | 20:00
10.08.2019-cu il tarixdə “12 avqust-Beynəlxalq Gənclər Günü” münasibəti ilə rayonun Pirşağı qəsəbəsində yerləşən “Həyat” İstirahət Mərkəzində  Sabunçu Rayon İcra Hakimiyyəti, Sabunçu Rayon Gənclər və İdman İdarəsi və Sabunçu Gənclər Evinin birgə təşkilatçılığı ilə rayonda fəaliyyət göstərən müəssisələrin qadın və kişi əməkdaşlarının iştirakı ilə çimərlik voleybolu yarışı keçirilmişdir. Yarışda 3 qadın, 5 kişi komanda olmaqla 8 komanda iştirak edirdi.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti Başcisinin müavini Rəna Fərəcova, Sabunçu Rayon Gənclər və İdman İdarəsinin rəisi Rakif Əliyev və digər qonaqlar iştirak edirdi.
Maraqlı, əyləncəli oyun şəraititndə keçən yarışda qadinlar və kişilər arasında I-ci yeri 72 saylı tam orta məktəbin komandaları, qadinlar və kişilər arasında II-ci yeri 67 saylı tam orta məktəbin komandaları, qadinlar və kişilər arasında III-ci yeri isə Sabunçu Gənclər Evinin komandaları tutmuşdur.
Qaliblər mükafatla təqdim edildikdən sonra tədbir bədi-əyləncəli proqramla davam etmişdir.
Keçidlər