Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Nardaran qəsəbəsində sakinlərlə növbəti səyyar görüşü keçirildi

14 avqust 2019 | 20:00
  Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Vəliyevin 15.08.2019-cu il tarixdə Nardaran  qəsəbəsində yerləşən 295 nömrəli tam orta məktəbin akt zalında qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirilmişdir. Görüşdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul əməkdaşı Tağı Tağıyev, RİH başçısının müavinləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, aparatının şöbə müdirləri, RİH başçısının Nardaran qəsəbəsi üzrə nümayəndəsi, Nardaran bələdiyyə sədri və bütün xidmət sahələrinin rəisləri iştirak edirdilər.
  Qəsəbə sakinləri rayonda gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirərək onları narahat edən bir sıra məsələlərin həlli ilə bağlı RİH başçısına müraciətlər etdilər.
  Müraciət və təkliflər dinlənildikdən sonra sakinlərə müvafiq izahatlar verilərək qaldırılan məsələlərin həlli istiqamətində rayon rəhbəri tərəfindən müvafiq qurumların rəhbərlərinə konkret tapşırıqlar verildi.
 
Keçidlər