Şriftin ölçüsü :

Saytın rəngi :

Elanlar

 
Vətəndaşların nəzərinə!
 
 
Qanvermə aksiyası

08.06.2023-cü il tarixdə, saat 10:00-dan Sabunçu Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Milli Hematologiya və Transfuziologiya Mərkəzi”nin birgə təşkilatçılığı ilə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sabunçu Gənclər Evində qanvermə aksiyası keçiriləcək.

Əziz sakinlərimiz,
hər birinizi qanvermə aksiyasında fəal iştirak etməyə dəvət edirik.

 

* * * * *
 
Bir damla QAN bir HƏYAT deməkdir!

Sabunçu Rayon İcra Hakimiyyəti və Azərbaycan Talassemiya Federasiyasının birgə təşkilatçılığı ilə 21 fevral saat 10:00-dan 18:00-dək Sabunçu rayonu Sabunçu qəsəbəsi 12 saylı Şəhər Poliklinikasında keçiriləcək “Bir damla QAN bir HƏYAT deməkdir!” adlı qan vermə aksiyasına SƏN də qoşul!
Məlumat üçün bildirək ki, talassemiya və digər iris qan xəstəliklərindən əziyyət çəkən xəstələrin həyatı kütləvi sürətdə qan vermə aksiyalarından asılıdır. Bu məqsədlə 2005-ci ildə Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və qayğısı ilə başlanılmış “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində mütəmadi olaraq qan vermə aksiyaları keçirilir. Könüllü qan vermə aksiyalarından toplanan qan iris qan xəstəliklərindən əziyyət çəkənlərin müalicəsinə sərf olunur.

                          
 
* * * * *
 
 
 
 
 
* * * * *
 
 
   “5 dekabr - Beynəlxalq Könüllülər Günü” münasibətilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən keçirilən “Azərbaycan Könüllülük Həftəsi” çərçivəsində Sabunçu Rayon İcra Hakimiyyəti, Sabunçu Gənclər Evi, Bakı Gənclər Mərkəzi və “Azərkitab” – Kitab Təbliğatı Mərkəzinin birgə təşkilatçılığı ilə 04 dekabr 2019-cu il tarixdə, saat 12:00-da Sabunçu Gənclər Evində Azərbaycanın məşhur dedektiv yazarı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” mükafatı laureatı Elxan Elatlı ilə görüş və imza günü keçiriləcəkdir.
   Giriş sərbəstdir.
 
 
 
* * * * *
 
 
 
 
* * * * *
 
 
“ƏN KÖNÜLLÜ” SƏN OL!
Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birgə Azərbaycan Respublikasının “Könüllü fəaliyyət haqqında” Qanununa müvafiq olaraq Sabunçu Rayon İcra Hakimiyyətində könüllü əsaslarla fəaliyyət göstərmək arzusunda olan 18-28 yaşarası gəncləri “ƏN KÖNÜLLÜ” layihəsinə dəvət edir.
Namizədlər üçün tələblər:
  • İntizamlılıq;
  • Xoşrəftarlılıq;
  • Ünsiyyətcillik;
  • Operativlik;
  • Kollektivdə işləmək bacarığı;
  • Təşkilatçılıq;
  • Təşəbbüskarlıq;
  • Kompüter bacarığı;
Könüllülük fəaliyyətinin müddəti: 2 ay
Könüllülük fəaliyyəti 2 növbədə təşkil olunacaqdır:

09:00-13:00 – Birinci növbə
14:00-18:00– İkinci növbə

Könüllü kimi fəaliyyət göstərmək istəyən gənclər 01.04.2019-cu il tarixdən 20.04.2019-cu il tarixədək aşağıdakı linkə daxil olmaqla müraciət formasını yükləyərək doldura və " mail@sabunchu-ih.gov.az " e-poçt ünvanına göndərə bilərlər.
 
Link: /page/412.html
 
Həmçinin, namizədlər Sabunçu rayonu Bakıxanov qəsəbəsi M.Fətəliyev küçəsi 56 ünvanında yerləşən Sabunçu Rayon İcra Hakimiyyətinin inzibati binasına gələrək sənədlərini İnformasiya təminatı və təhlili sektoruna təqdim edə bilərlər.
Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən müvafiq tələblərə cavab verən şəxslərlə əlaqə saxlanılacaq və onlar müsahibəyə dəvət olunacaqdır.
 
 
 
* * * * *
 
 
 
 
* * * * *
 
 
 
 
* * * * *
 
 
 
 
* * * * *
 
Bir damla QAN bir HƏYAT deməkdir! 

24 yanvar saat 11:00-dan 18:00-dək Sabunçu Gənclər Evində keçiriləcək “Bir damla QAN bir HƏYAT deməkdir!” adlı qanvermə aksiyasına SƏN də qoşul! 
Qeyd edək ki, aksiya Sabunçu Rayon İcra Hakimiyyəti, Azərbaycan Talassemiya Federasiyası və Sabunçu Gənclər Evinin birgə təşkilatçılığı ilə keçirilir. 
Məlumat üçün bildirək ki, Azərbaycanda iki mindən artıq insan talassemiya və digər irsi qan xəstəliklərindən əziyyət çəkirlər. Bu xəstələrin həyatı kütləvi sürətdə qanvermə aksiyalarından asılıdır. Bu məqsədlə 2005-ci ildə Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və qayğısı ilə başlanılmış “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində mütəmadi olaraq qanvermə aksiyaları keçirilir. Könüllü qanvermə aksiyalarından toplanan qan irsi qan xəstəliklərindən əziyyət çəkənlərin müalicəsinə sərf olunur.
 
 
 
* * * * *
 
Gənclər, "II Sabunçu Gənclər Forumu"-na hazır olun!

Sabunçu rayon İcra Hakimiyyəti və Sabunçu Gənclər Evinin birgə təşkilatçılığı ilə 1 fevral saat 10:00-da forum baş tutacaq.

“2 fevral - Azərbaycan Gəncləri Günü”nə həsr olunmuş forumun birinci hissəsi rəsmi qonaqların çıxışları və sahələrində uğur qazanmış 4 spikerin çıxışından ibarət olacaq. İkinci hissədə isə iştirakçıları surpriz dolu Gənclər günü partisi gözləyir. Həm motivasiya alıb həm də əylənəcəyiniz bir gün keçirmək üçün sizləri gözləyirik, gənclər! Spikerlər haqqında məlumatları əldə etmək üçün səhifəmizi izləyin! 

Qeyd: Partiyə giriş üçün forumum rəsmi hissəsində iştirak mütləqdir!

Həmçinin qeyd edək ki, Ümummilli lider Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş "I Sabunçu Gənclər Forumu" 07.05.2018 tarixdə keçirilmişdir. Sabunçu Gənclər Forumunun əsas məqsədi gənclərin uğur qazanmağa ilhamlanması və onlara verilən imkanlardan düzgün faydalanmaqlarıdır.

Forumda iştirak etmək üçün Sabunçu Gənclər Evinə yaxınlaşın və ya onlayn qeydiyyatdan keçmək üçün aşağıdakı linkə daxil olun: https://sabunchuge.typeform.com/to/QdYYPp 
Son qeydiyyat tarixi: 30 yanvar saat 18:00

Əlaqə nömrəsi: (012) 425 60 21
Ünvan: Sabunçu ray., Bakıxanov qəs., Yavər Əliyev 91A
 
 
 
 
* * * * *
 
Beynəlxalq Turizm gününə həsr edilmiş foto müsabiqə!
 
  Sabunçu Rayon İcra Hakimiyyəti və Sabunçu Gənclər Evinin birgə təşkilatçılığı ilə keçirilən "Sabunçuya səyahət et!" adlı foto müsabiqədə Sabunçu rayonunun maraq doğuracaq məkanlarını əks etdirən fotoşəkillər iştirak haqqı qazanacaq.
Qaydalar: 
 Hər iştirakçı sadəcə 1 fotoşəkillə müsabiqədə iştirak edə bilər.
 Fotoşəkil Sabunçu rayonuna aid olmalıdır.
  Müsabiqədə iştirak etmək istəyənlər ad, soyad, əlaqə nömrəsi və müsabiqə üçün çəkilən fotoşəkli office@sge.az e-mail adresinə əlavə etməlidir. Müraciət üçün son tarix - 23 sentyabr.
  Müsabiqədə birinci, ikinci və üçüncü yerlər üzrə qaliblər peşəkar münsiflər heyəti tərəfindən müəyyənləşdiriləcək. Mükafatlandırma mərasimi 27 sentyabr- Beynəlxalq Turizm günündə saat 15:00-da Sabunçu Gənclər Evində keçiriləcək.
 
 
* * * * *
 
  Sabunçu Rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı  ilə “18 avqust – Sərhəd Qoşunları əməkdaşlarının peşə bayramı günü” ilə əlaqədar rayonda “Salam, əsgər!” adlı aksiya keçiriləcəkdir. Aksiya çərçivəsində siz xüsusi hazırlanmış guşəyə yaxınlaşaraq Azərbaycan Ordusu sıralarında xidmət edən igid əsgərlərimizə məktublarınızı ünvanlaya bilərsiniz.
 
Qeyd edək ki, aksiya saat 17:00-da  aşağıda qeyd olunan tarix və ünvanlarda başlayacaqdır:
 
13 avqust  - Bakıxanov qəsəbəsi Y.Əliyev küçəsi istirahət parkı
 
14 avqust – Sabunçu qəsəbəsi Böyükşor bulvarı
 
15 avqust – Maştağa qəsəbəsi Maştağa mədəniyyət – istirahət parkı
 
Hər birinizi aksiyada fəal olmağa dəvət edirik!
 
 
* * * * *
 
Milli Kino Günü!
 
 
* * * * *
Əziz kitabsevərlər!
  Sabunçu rayon İcra Hakimiyyəti, Sabunçu rayonu üzrə Mərkəzləşdirilmiş Kitabxana Sistemi, Azərbaycan Respublikasının Prezidenti Yanında Bilik Fondu Nardaran Bilik Evi və Azərkitab-Kitab Təbliğatı Mərkəzinin birgə təşkilatçılığı ilə Sabunçu rayonunda “Sabunçu Kitab Festivalı” keçiriləcək. Festivalda sizləri kitab mübadiləsi, kitab satışı yarmarkası, kitab sərgisi və kitab mütaliəsi gözləyir.
  Festival 16 may 2018-ci il tarixdə saat 12:00-dan 19:00-dək davam edəcək.
Ünvan: Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, istirahət parkı
 
 
* * * * *
 
 
* * * * *
 
 
* * * * *
 
 
* * * * *
 
   Sabunçu Rayon İcra Hakimiyyətinin təşkilatçılığıilə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Ombudsmanın 20 oktyabr - 20 noyabr tarixləri arasında elan etdiyi “Uşaq hüquqları aylığı” çərçivəsində 03 noyabr 2017-ci il tarixdə saat 11:00-da Bakıxanov qəsəbəsində yerləşən 74 saylı tam orta məktəbdə rayon məktəblilərinin müxtəlif mövzularda hazırladıqları rəsmlərdən ibarət açıq sərgi təşkil olunacaq.
   İncəsənətin bu sahəsinə marağı olan hər bir kəsi sərgiyə baxmağa dəvət edirik!
 
* * * * *

   Sabunçu Rayon İcra Hakimiyyətinin və Azərbaycan Respublikası Milli Məclisinin Deputatı Dilarə xanım Cəbrayılovanın birgə təşkilatçılığı ilə 5 oktyabr “Müəllimlər Günü” ilə əlaqədar olaraq 6 oktyabr 2017-ci il tarixdə “Oxuyaq və Oxudaq” adlı layihə çərçivəsində Bakıxanov qəsəbəsində səyyar kitabxana təşkil olunacaq.
   Belə ki, səyyar kitabxana rayonun 10 qəsəbəsində yerləşən 46 məktəb və 3 internat məktəbinin qarşısında təşkil olunacaq və layihədə iştirak edəcək hər bir sakin təmənnasız olaraq kitab əldə etmək şansına sahib olacaq.

* * * * *

   Sabunçu Rayon İcra Hakimiyyətinin və Azərbaycan Respublikası Milli Məclisinin Deputatı Dilarə xanım Cəbrayılovanın birgə təşkilatçılığı ilə 5 oktyabr “Müəllimlər Günü” ilə əlaqədar olaraq 5 oktyabr 2017-ci il tarixdə “Oxuyaq və Oxudaq” adlı layihə çərçivəsində Ramana və Sabunçu qəsəbələrində səyyar kitabxana təşkil olunacaq.
   Belə ki, səyyar kitabxana rayonun 10 qəsəbəsində yerləşən 46 məktəb və 3 internat məktəbinin qarşısında təşkil olunacaq və layihədə iştirak edəcək hər bir sakin təmənnasız olaraq kitab əldə etmək şansına sahib olacaq.

* * * * *
 
   Sabunçu Rayon İcra Hakimiyyətinin və Azərbaycan Respublikası Milli Məclisinin Deputatı Dilarə xanım Cəbrayılovanın birgə təşkilatçılığı ilə 5 oktyabr “Müəllimlər Günü” ilə əlaqədar olaraq 4 oktyabr 2017-ci il tarixdə “Oxuyaq və Oxudaq” adlı layihə çərçivəsində Balaxanı, Zabrat, Kürdəxanı, Prşağı qəsəbələrində səyyar kitabxana təşkil olunacaq.
   Belə ki, səyyar kitabxana rayonun 10 qəsəbəsində yerləşən 46 məktəb və 3 internat məktəbinin qarşısında təşkil olunacaq və layihədə iştirak edəcək hər bir sakin təmənnasız olaraq kitab əldə etmək şansına sahib olacaq.
 
* * * * *
 
   Sabunçu Rayon İcra Hakimiyyətinin və Azərbaycan Respublikası Milli Məclisinin Deputatı Dilarə xanım Cəbrayılovanın birgə təşkilatçılığı ilə 05 oktyabr “Müəllimlər Günü” ilə əlaqədar olaraq 3-6 oktyabr 2017-ci il tarixləri arasında “Oxuyaq və Oxudaq” adlı layihə çərçivəsində səyyar kitabxana təşkil olunacaq.
   Belə ki, səyyar kitabxana rayonun 10 qəsəbəsində yerləşən 46 məktəb və 3 internat məktəbinin qarşısında təşkil olunacaq və layihədə iştirak edəcək hər bir sakin təmənnasız olaraq kitab əldə etmək şansına sahib olacaq.
   İlk olaraq layihə 03 oktyabr 2017-ci il tarixdə Maştağa, Nardaran və Bilgəh qəsəbələrində baş tutacaq.
Bütün kitab sevərləri layihəyə qoşulmağa çağırırıq!
 
* * * * *
 
   31.08.2017-ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyəti və Sağlam Ailə Tibb Mərkəzinin birgə təşkilatçılığı ilə RİH-nin Bakıxanov qəsəbə  nümayəndəliyində  Bakıxanov  sakinləri  üçün ödənişsiz səyyar tibbi müayinə aksiyası  keçiriləcək. Aksiyaya  əsasən  əhali  ödənişsiz  olaraq terapevt, endokrinoloq, USM, LOR, kardioloq, oftalmoloq, pediatr, ginekoloq  müayinələrdən  keçiriləcək. Bununla  yanaşı  tibbi  müayinədə  iştirak  edən  hər bir vətəndaşa  qanın  ümumi  analizi  üçün  xüsusi kupon təqdim ediləcək. Bununla da  aksiyamız  rayonun  Bakıxanov  qəsəbəsində  yekunlaşacaq.
                                                                     
* * * * *
 
  24.08.2017-ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyəti və Sağlam Ailə Tibb Mərkəzinin birgə təşkilatçılığı ilə RİH-nin Sabunçu qəsəbə nümayəndəliyindəSabunçu  sakinləri  üçün ödənişsiz səyyar tibbi müayinə aksiyası  keçiriləcək. Aksiyada əsasən əhali pulsuz  olaraq terapevt, endokrinoloq, USM, LOR, kardioloq, oftalmoloq, pediatr, ginekoloji müayinələrdən  keçiriləcək. Bununla yanaşı tibbi müayinədə iştirak  edən  hər bir vətəndaşa  qanın  ümumi  analizi  üçün  xüsusi kupon təqdim ediləcək. Bu  aksiya  növbəti  həftə  rayonun  Bakıxanov qəsəbəsində  keçirilməsi nəzərdə tutulub.
                                                                   
* * * * *
   17.08.2017-ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyəti və Sağlam Ailə Tibb Mərkəzinin birgə təşkilatçılığı ilə Rayon İcra Hakimiyyətinin Ramana qəsəbə nümayəndəliyində Ramana sakinləri üçün ödənişsiz səyyar tibbi müayinə aksiyası keçiriləcək. Aksiyaya əsasən əhali pulsuz olaraq terapevt, endokrinoloq, USM, kardioloq, oftalmoloq, lor, pediatr və ginekoloq müayinələrindən keçiriləcək. Bununla yanaşı tibbi müayinədə iştirak edən hər bir vətəndaşa qanın ümumi analizi üçün xüsusi kupon təqdim ediləcək. Aksiyanın rayonun Bakıxanov və Sabunçu qəsəbələrində də keçirilməsi nəzərdə tutulub.
                                                                       
* * * * *
 
   10.08.2017-ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyəti və Sağlam Ailə Tibb Mərkəzinin birgə təşkilatçılığı ilə Balaxanı və Zabrat sakinləri  üçün  RİH-nin Zabrat  qəsəbəsində ödənişsiz səyyar tibbi müayinə aksiyası keçiriləcək. Aksiyaya əsasən əhali pulsuz olaraq terapevt, endokrinoloq, USM,  kardioloq, oftalmoloq, lor, pediatr, ginekoloji müayinələrdən keçiriləcək. Bununla yanaşı tibbi müayinədə iştirak  edən  hər bir vətəndaşa  qanın  ümumi  analizi  üçün  xüsusi kupon veriləcək..Aksiyanın rayonun Ramana, Sabunçu, Bakıxanov qəsəbələrində də keçirilməsi  nəzərdə tutulub.
 
Keçidlər