Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu qəsəbəsi

 
Nikolay Konstantinoviç Baybakov
 
 
  Görkəmli ictimai siyasi və dövlət xadimi Nikolay Konstantinoviç Baybakov 1911-ci il martın 6-da Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində neftçi ailəsində anadan olmuşdur. O, ilk təhsilni   1918-1922-ci illərdə, əsası 1897-ci ildə qoyulmuş iki sinifli birinci Sabunçu- Balaxanı- Ramana qarışıq tipli  (indiki 67 nömrəli tam orta məktəb)  məktəbdə ibtidai sinifdə təhsil almışdır. 1928-1932-ci illərdə Azərbaycan Neft İnstitutunda təhsil alaraq neft mühəndisi ixtisasına  yiyələnmiş və “Leninneft” trestində mühəndis kimi əmək fəaliyyətinə başlamışdır. 1937-ci ildən “Leninneft”in rəisi vəzifəsinə təyin edilmişdir. 1939-1940-cı illərdə Şərq Neft Çıxarma Birliyinin rəisi vəzifəsinə təyin olunaraq Kuybişevə göndərilmişdir. 1940-cı ildə neft sahəsi üzrə Xalq Komissarları sədrinin müavini vəzifəsinə təyin edilmişdir.
   Müharibə illərində sovet ordusunun faşizm üzərində qələbənin əldə edilməsində, döyüşən ordunun Bakı nefti hesabına yanacaqla təmin edilməsində əvəzsiz xidməti olmuşdur.
  1944-1955-ci illərdə SSRİ neft sənayesi komissarı (naziri) vəzifəsində çalışmışdır.
  1955 -1965- ci illərdə müxtəlif yüksək dövlət vəzifələrində əmək fəaliyyətini davam etdirmişdir.
  1965-1985 –ci illər də  N.K. Baybakov  SSRİ-nin Nazirlər soveti sədri müavini, SSRİ Dövlət plan komitəsinin sədri kimi mühüm dövlət vəzifələrində çalışmışdır. Bu illərdə o , özünü bacarıqlı və peşəkar bir dövlət xadimi kimi təsdiq etmişdir.  N.K.Baybakov  respublikadan kənarda yaşamasına baxmayaraq doğma Bakımızla əlaqəsini hec vaxt kəsməmişdir. N.K. Baybakov  hər dəfə Azərbaycana səfərlər edərkən doğulduğu Sabunçu qəsəbəsi və təhsil aldığı məktəbə gələrək məktəb kollektivi ilə görüşüb, öz xatirələrini onlarla bölüşərdi.
   N.K. Baybakov Sosialist Əməyi Qəhrəmanı, Lenin mükafatı Laureatı, SSRİ EA-nın fəxri akademiki, Azərbaycan “İstiqlal” ordeni ilə təltif olunub.
  N.K.Baybakov 31 mart 2008-ci ildə vəfat etmişdir. 2017-ci ildə təhsil aldığı Sabunçu qəsəbəsi 67 nömrəli tam orta məktəbin ərazisində onun büstü qoyulmuşdur.
Keçidlər