Şriftin ölçüsü :

Saytın rəngi :

2016 yarımillik

 
Tikinti
  2016-cı ilin yanvar-iyun aylarında  rayonda  bütün  maliyyə  mənbələri  hesabına 25734,6 min  manat  əsas  fondlar istifadəyə  verilmişdir.
  2016-cı ilin yanvar-iyun aylarında rayonda maliyyə mənbələri hesabına ümumi sahəsi 16958,0 kv.m.-dən 45 yaşayış  evləri  istifadəyə  verilmişdir. Bütün yaşayış evləri əhalinin şəxsi vəsaiti hesabına tikilmiş və yaşayış evlərinin sahəsi 7840,0 kv.m., onlarındəyəriisə 13500,0 min manat olmuşdur.
  2016-cı ilin yanvar-iyun aylarında  rayonun iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 40699.9 min manat həcmində investisiya yönəldilmişdir, bu da əvvəlki  ilin müvafiq  dövrünə nisbətən 70.1% faiz azdir.
  Qeyri-dövlət mülkiyyətinə məxsus müəssisə və təşkilatlar əsas kapitala 17039,9  minmanat (41,9 faiz), dövlət  mülkiyyətinə məxsus müəssisə  və təşkilatlar  23660,0 minmanat (58,1 faiz) sərmayə  yönəltmişlər.  
  2016-cı ilin yanvar-iyun aylarında 36270,7 min manatlıq tikinti-quraşdırma işləri yerinə yetirilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 71,1 faiz azdir.2016-ci ilinyanvar-iyun aylarında tikinti-quraşdırma təşkilatlarının öz gücləri  ilə  yerinə  yetirdikləri  podrat   işlərinin  həcmi  25971,3 min  manat  və  ya  əvvəlki  ilin  müvafiq  dövrünə  nisbətən  65,5 faiz təşkil etmişdir.                                                                          
  2016-cı ilin yanvar-iyun aylarında podratçı  təşkilatların  gördükləri  işlər  yeni  tikinti, yenidənqurma, genişləndirmə, texniki vasitələrin yenidən təchiz edilməsi üzrə 8659,5 min manat (əvvəlki ilin müvafiq dövrünə nisbətən 34,2 faiz azalmiş, əsaslı  təmi rüzrə  14770,3 min  manat, (73,8 faiz azalmiş), cari  təmir üzrə 1147,2 min  manat, (44.0 faiz cox), sair  işlər üzrə  isə 1394,3 min  manat, (71,1 faiz azalmış)olmuşdur.
  Qeyri-dövlət mülkiyyətində olan  tikinti  müəssisələrinin  yerinə yetirdikləri  işlərin həcmi  12714,9 min manat (49,0 faiz), dövlət mülkiyyətində olan tikinti  müəssisələrinin  yerinə yetirdikləri işlərin həcmi isə 13256,4 min  manat  (51,0 faiz)  olmuşdur.
  2016 cı ilin yanvar-may aylarında tikintidə işçilərin orta sayı 1720 nəfər olmuşdur.Bu sahədə orta aylıq əmək haqqı 313.5 manat olmuşdur ki, bu da   keçən ilin müvafiq dövrünə nisbətən 3.6 faiz çoxdur.
Keçidlər