Şriftin ölçüsü :

Saytın rəngi :

Həsənov Tacir Elşən oğlu

Soyadı, adı, atasının adı:  Həsənov Tacir Elşən oğlu

Təvəllüdü:  21.04.2001

Ailə vəziyyəti:  Subay

Şəhid olduğu yer: Kəlbəcər rayonu istiqamətində

Dəfn yeri:  Pirşağı qəsəbəsi, “Şəhidlər Xiyabanı”

Təltifi: “Vətən uğrunda” medalı, “Hərbi xidmətlərə görə” medalı,

            “Laçının azad olunmasına görə” medalı

      

2001-ci il aprelin 21-də Ağdam rayonu, Rzalar kəndində anadan olmuşdur. 2008-ci ildə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi 311 saylı tam orta məktəbin 1-ci sinfinə daxil olmuş, 2-ci sinfi isə Pirşağı qəsəbəsi, 10 saylı Sanatoriya tipli İnternat məktəbində oxuyaraq, 9 illik təhsilini orada başa vurmuşdur.
2020-ci ilin aprel ayında hərbi xidmətə çağırılmışdır. Hərbi xidmət zamanı Gəncə şəhərində daha sonra isə Murovdağ istiqamətində olmuşdur. 27 sentyabr 2020-ci il tarixdə Vətən müharibəsi başlayarkən Kəlbəcər istiqamətində qəhrəmancasına Şəhid olmuşdur.

 

Keçidlər