Şriftin ölçüsü :

Saytın rəngi :

Hüseynov Xaliq Kamil oğlu

Soyadı, adı, atasının adı:  Hüseynov Xaliq Kamil oğlu

Təvəllüdü:  20.09.2001

Ailə vəziyyəti:  Subay

Şəhid olduğu yer: Füzuli rayonu istiqamətində

Dəfn yeri:  Nardaran qəsəbəsi, “Şəhidlər Xiyabanı”

Təltifi: “Vətən uğrunda” medalı, “Cəsur döyüşçü” medalı

   

20.09.2001-ci ildə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində anadan olmuşdur. 2008-ci ildə 295 saylı tam orta məktəbin birinci sinfinə daxil olub, 9 illik təhsil almışdır. 13 saylı Bakı Peşə məktəbində çiligərlik peşəsinə yiyələnmişdir. Avtomobil ustası kimi çalışmışdır. Eyni zamanda cüdo, kikboksinglə məşğul olmuşdur.
2019-cu ilin yanvar ayında hərbi xidmətə çağırılmışdır. Goranboy və Füzuli rayonlarında hərbi xidmətdə olmuşdur. 27 sentyabr 2020-ci il tarixdə başlayan 44 günlük müharibə dövründə Füzuli şəhəri uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 16.10.2020-ci ildə Şəhid olmuşdur.

Keçidlər