Şriftin ölçüsü :

Saytın rəngi :

Tağıyev Kamran Fikrət oğlu

Soyadı, adı, atasının adı:  Tağıyev Kamran Fikrət oğlu

Təvəllüdü:  27.09.2001

Ailə vəziyyəti:  Subay

Şəhid olduğu yer: Tərtər rayonu istiqamətində

Dəfn yeri:  Maştağa qəsəbəsi, “Şəhidlər Xiyabanı”

Təltifi: “Vətən uğrunda” medalı, “Cəsur döyüşçü” medalı

   

27.09.2001-ci il tarixdə Bakı şəhəri, Maştağa qəsəbəsində anadan olub. 01.09.2008-ci il tarixində Maştağa qəsəbədsi C.Nurməmmədov adına 108 saylı orta məktəbin 1-ci sinfinə daxil olub. 30.05.2017-ci il tarixdə həmin məktəbin 9-cu sinfini bitirib. Kamran ali təhsil almaq fikrində olsa belə ailəsinin vəziyyəti onu bu firindən daşındırır. Atası xəstə olduğu üçün işləyib ona dəstək olmaq qərarına gəlir. Beləliklə Kamran 02.10.2019-cu il tarixdə Vətənə xidmət üçün ordu sıralarına çağırılır. O, Goranboy rayonunun Ağca kəndində hərbi xidmətdə olur. 27.09.2020-ci il tarixdə başlayan Vətən müharibəsi zamanı Kamran könüllü olaraq döyüşə yazılır və bir çox kəndlərin alınmasında iştirak edir. Beləliklə 31.10.2020-ci il tarixdə Tərtər rayonunun Talış kəndindi istiqamətində gedən döyüşlərdə xeyli düşməni məhv edərək, şəhidlik zirvəsinə ucalmışdır.

Allah rəhmət eləsin!

 

Keçidlər