Şriftin ölçüsü :

Saytın rəngi :

Səmədov Məhərrəm Elxan oğlu

Soyadı, adı, atasının adı:  Səmədov Məhərrəm Elxan oğlu

Təvəllüdü:  27.03.2001

Ailə vəziyyəti:  Subay

Şəhid olduğu yer: Cəbrayıl rayonu istiqamətində

Dəfn yeri:  Maştağa qəsəbəsi, “Şəhidlər Xiyabanı”

Təltifi: “Vətən uğrunda” medalı, “Cəsur döyüşçü” medalı

   

2001-ci il 27 mart tarixində Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsində anadan olmuşdur. 2007-ci ildə Maştağada yerləşən 209 saylı tam orta məktəbə daxil olmuş, 2016-cı ildə Xəzər rayonu Binə qəsəbəsində yerləşən 101 saylı peşə məktəbinin Avtoelektrik ixtisasına yiyələnmişdir. Peşə məktəbini bitirdikdən sonra hərbi xidmətə yollanmışdır. Goranboy rayonunun Ballı-qaya kəndində hərbi xidmətini davam etmiş, daha sonra Tərtər rayonun İsmayıl-bəyli kəndində “N” saylı hərbi hissədə xidmətini davam etmişdir. İkinci Qarabağ müharibəsi zamanı Cəbrayıl və Tərtər istiqamətində gedən döyüşlərdə qəhrəmancasına iştirk etmişdir. 6 oktyabr 2020-ci il tarixində şəhidlik zirvəsində ucalmışdır.

Keçidlər