Şriftin ölçüsü :

Saytın rəngi :

Hacıyev Ülvi Şirin oğlu

Soyadı, adı, atasının adı:  Hacıyev Ülvi Şirin oğlu

Təvəllüdü:  13.11.1994

Ailə vəziyyəti:  Subay

Şəhid olduğu yer: Xocavənd rayonu istiqamətində

Dəfn yeri:  Yasamal r-nu, “II Şəhidlər Xiyabanı” 06.12.2020

Təltifi: “Vətən uğrunda” medalı

13.11.1994-cü ildə Bakı şəhərində anadan olub. 2001-ci ildə Suraxanı rayonu 141 nömrəli məktəbdə rus bölməsinə daxil olub. 2012-ci ildə Azərbaycanda Dövlət İqtisad Universitetinin İqtisadiyyat fakültəsinə daxil olur, 2016-cı ildə oranı bitirdikdən sonra həmin il həmin universitetin Biznesin idarəedilməsi, təşkili üzrə magistraturaya daxil olur. 2018-ci ildə oranı bitirir. 2018-2019-cu ildə Ağcabədi rayonunda N saylı hərbi hissədə xidmət edir. 2019-cu ilin sentyabr ayında Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş gömrük İdarəsinin inspektor vəzifəsində işə başlayıb. İyul hadisələrində general Polad Həşimov şəhid olduqdan sonra könüllü olaraq Səfərbərlik Xidmətinə müraciət etmiş və sentyabrın 30-da Füzuli rayonuna döyüşə yollanmışdır. Füzuli, Hadrut, Cəbrayıl rayonlarının alınmasında döyüşlərdə iştirak etmiş, oktyabrın 19-da Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.

Keçidlər