Şriftin ölçüsü :

Saytın rəngi :

Şalıyev Ceyhun Nüsrət oğlu

Soyadı, adı, atasının adı:  Şalıyev Ceyhun Nüsrət oğlu

Təvəllüdü:  20.05.1994

Ailə vəziyyəti:  Subay

Şəhid olduğu yer: Füzuli rayonu istiqamətində

Dəfn yeri:  Bakıxanov qəsəbəsi, “Şəhidlər Xiyabanı”

Təltifi: “Vətən uğrunda” medalı, “Füzulinin azad olunmasına görə” medalı

   

20.05.1994-cü iltarixdə Gəncə şəhərində anadan olmuşdur. 90-cı illərin sonunda ailəsi ilə birlikdə Rusiya Federasiyasinın Voronej şəhərinə köçmüşdür. Orta məktəb təhsilini 1-ci sinifdən 7-ci sinifədək orada almışdır. 2008-ci ildə yenidən Azərbaycana qayıdaraq təhsilini Bakı şəhərində yerləşən 94 nömrəli tam orta məktəblərdə davam etdirmişdir. 2011-ci ildə keçmiş Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (hazırda Dövlət İmtahan Mərkəzi) tərəfindən ali təhsil müəssisələrinə qəbulla əlaqədar keçirilmiş imtahanda 600 bal toplayaraq Bakı Dövlət Universitetinin hüquq fakültəsinə qəbul olmuşdur. 2015-ci il tarixdə ali təhsilini uğurla başa vurduqdan sonra Müdafiə Nazirliyini N saylı hərbi hissəsi tərəfindən hərbi xidmətə çağırılmışdır. Xidmətini öncə Lənkəranda, daha sonra isə ön cəbhənin Xocəvənd ərazisində keçmişdir. 2016-cı ilin aprel ayında düşmənin təxribatçı əməliyyatları nəticəsində baş tutmuş 4 günlük müharibənin bilavasitə iştirakçısı olmuşdur. 2020-ci ildə könüllü qaydada ordu sıralarına yazılaraq ikinci vətən müharibəsində iştirak etməyə yollanmışdır. Döyüş başladıqdan bir gün sonra qəhrəmancasına şəhid olmuşdur.

Keçidlər