Şriftin ölçüsü :

Saytın rəngi :

Bababəy Şamil Nazim oğlu

Soyadı, adı, atasının adı:  Bababəy Şamil Nazim oğlu

Təvəllüdü:  04.01.1994

Ailə vəziyyəti:  Ailəli

Şəhid olduğu yer: Tərtər rayonu istiqamətində

Dəfn yeri:  “II Şəhidlər Xiyabanı”

Təltifi: “Vətən uğrunda” medalı

1994-cü il yanvar ayının 4-də Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Çənnəb kəndində anadan olmuşdur.
2001-ci ildə Ordubad rayon Çənnəb kənd şəhid Əliqulu Babayev adına tam orta məktəbin 1-ci sinfinə daxil olmuşdur. 2007-ci ilə qədər təhsilini Çənnəb kənd şəhid Əliqulu Babayev adına tam orta məktəbində davam etdirmişdir.
2007-ci ildə Ordubad rayon internat məktəbinin 7-ci sinfinə daxil olmuşdur. 2008-ci ilə qədər təhsilini Ordubad rayon internat məktəbində davam etdirmişdir.
2008-cildə Ordubad rayon Biləv kənd Cəfər Cabbarlı adına tam orta məktəbin 8-ci sinfinə daxil olmuşdur. 2009-cu ilə qədər təhsilini Ordubad rayon Biləv kənd Cəfər Cabbarlı adına tam orta məktəbində davam etdirmişdir.
2009-cu ildə Heydər Əliyev adına Hərbi Liseyə daxil olmuşdur. 2012-ci ildə Heydər Əliyev adına Hərbi Liseyi bitirib Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuşdur.
2016-cı ilə qədər tankçı ixtisası üzrə təhsilini başa vurub. Müdafiə Nazirinin müvafiq əmrinə əsasən, “leytenant” hərbi rütbəsi almışdır.
Müdafiə Nazirinin müvafiq əmrinə əsasən, Ağdam rayon N saylı Hərbi hissənin əlahiddə tank bölüyünün 2-ci tank tağımının komandiri vəzifəsində xidmət etmişdir. Vətən müharibəsi zamanı torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına döyüşərək şəhid olmuşdur.

 

Keçidlər