Şriftin ölçüsü :

Saytın rəngi :

2015 yarımillik

Rayonun iri sənaye müəssisələri

Rayonun iqtisadiyyatının əsasını təşkil edən müəssisələr sırasına mədənçıxarma sənayesi ilə məşğul olan “Balakhanı Operating Company” LTD, “Azgerneft” MMC, emal sənayesi ilə məşğul olan “Bakı Neft Maşınqayırma” TASC, “Bakı Fəhləsi” TASC, “Neftqazmaş” ASC, “Sərham” MMC, “Sun tea” MMC, “Şirin”MMC, “Bakı fındıq emalı”MMC və s. müəssisələri göstərmək olar.


“Balakhanı Operating Company” LTD

Müəssisənin əsas istehsalı neft və neft yataqlarının qazının istehsalından ibarətdir. 2015-ci ilin yanvar-iyun aylarında satışın ümumi həcmi 30662,9 min manat olmuşdur.
2015-ci ilin 6 ayında istehsal etdiyi neftin həcmi 134,2 min ton olmuşdur.
Müəssisədə çalışanların sayı 1416 nəfər, orta aylıq əmək haqqı 843,0 manat olmuşdur.


“Azgerneft” MMC

Müəssisənin əsas istehsalı neft və neft yataqlarının qazının istehsalından ibarətdir. 2015-ci ilin yanvar-iyun aylarında satışın ümumi həcmi 13500,7 min manat olmuşdur.
2015-ci ilin 6 ayında istehsal etdiyi neftin həcmi 46,1 min ton olmuşdur ki, keçən ilə nisbətən dəyişməmişdir.
Müəssisədə çalışanların sayı 414 nəfər, orta aylıq əmək haqqı  773,5 manat olmuşdur.


“Bakı Neft Maşınqayırma” TASC

Müəssisənin əsas istehsalı fontan armaturu, kəmər başlıqları, fontan armaturunun bağlayıcı və tənzimləyici qurğularının istehsalından ibarətdir. 2015-ci ilin yanvar-iyun aylarında fontan armaturunun istehsalı 65,5 ton, kəmər başlıqlarının istehsalı 12,4 ton, fontan armaturunun bağlayıcı və tənzimləyici qurğularının istehsalı 9,3 ton olmuşdur. 2015-ci ilin yanvar-iyun aylarında satışın ümumi həcmi 1221,8 min manat olmuşdur. 01.07.2015-ci il tarixinə müəssisənin anbarlarında hazır məhsul ehtiyatının qalığı 6613,4 min manat olmuşdur.
Müəssisədə çalışanların sayı 260 nəfər, orta aylıq əmək haqqı 325,0 manat olmuşdur.


“Bakı Fəhləsi” TASC

Müəssisənin əsas istehsalı mancanaq dəzgahlarının istehsalından ibarətdir. 2015-ci ilin yanvar-iyun aylarında 1 ədəd mancanaq dəzgahı istehsal olunmuşdur. 2015-ci ilin yanvar-iyun aylarında satışın ümumi həcmi 950,4 min manat olmuşdur. 01.07.2015-ci il tarixinə müəssisənin anbarlarında hazır məhsul ehtiyatının qalığı 3244,1 min manat olmuşdur.
Müəssisədə çalışanların sayı 105 nəfər, orta aylıq əmək haqqı 480,0 manat olmuşdur.

“Neftqazmaş” ASC

Müəssisənin əsas istehsalı olan maye üçün nasoslar və maye qaldırıcıların istehsalı 6 ədəd, digər qruplara daxil edilməyən sair ümumi təyinatlı avadanlıqların təmiri və onlara texniki xidmət göstərilməsinin dəyəri 335,1 min manat olmuşdur. 2015-ci ilin yanvar-iyun aylarında satışın ümumi həcmi 1936,1 min manat olmuşdur. 01.07.2015-ci il tarixinə müəssisənin anbarlarında hazır məhsul ehtiyatının qalığı 149,0 min manat olmuşdur.
Müəssisədə çalışanların sayı 157 nəfər, orta aylıq əmək haqqı 336,0 manat olmuşdur.


“Sərham” MMC

Müəssisənin əsas istehsalı olan çörəyin miqdarı 787,6 ton olmuşdur ki, keçən ilə nisbətən 12,7 faiz armışdır. 2015-ci ilin yanvar-iyun aylarında satışın ümumi həcmi 2939,6 min manat olmuşdur.
Müəssisədə çalışanların sayı 579 nəfər, orta aylıq əmək haqqı 152,2 manat olmuşdur.


“Sun tea” MMC

Müəssisənin əsas istehsalı olan çayın miqdarı 2061,6 ton olmuşdur. 2015-ci ilin yanvar-iyun aylarında satışın ümumi həcmi 6207,5 min manat olmuşdur.
Müəssisədə çalışanların sayı 237 nəfər, orta aylıq əmək haqqı 430,0 manat olmuşdur.


“Şirin” MMC

Müəssisənin əsas istehsalı olan şokolad istehsalı 324395,0 kq, karamel istehsalı 65300,0 kq  olmuşdur. 2015-ci ilin yanvar-iyun aylarında satışın ümumi həcmi 1495,7 min manat olmuşdur. 07.01.2015-ci il tarixinə müəssisənin anbarlarında hazır məhsul ehtiyatının qalığı 11,3 min manat olmuşdur.
Müəssisədə çalışanların sayı 252 nəfər, orta aylıq əmək haqqı 221,0  manat olmuşdur.


“Bakı fındıq emalı” MMC

Müəssisənin əsas istehsalı olan fındıq istehsalı 120470,1 kq olmuşdur. 2015-ci ilin yanvar-iyun aylarında satışın ümumi həcmi 1975,2  min manat olmuşdur.
Müəssisədə çalışanların sayı 87 nəfər, orta aylıq əmək haqqı 480,0  manat olmuşdur.

Keçidlər